BEZLƏR-ginekoloji xəstəliklərin səbəbi!

BEZLƏR-ginekoloji xəstəliklərin səbəbi!

Son dövrlər qadın gigiyenasının ayrılmaz bir hissəsinə çevrilən istər gündəlik, istərsə də adi bezlər demək olar ki, hər qadının istifadə etdiyi vasitədir. Lakin çıxdığı gündən mübahisələrə səbəb olan bezlər haqda istehsalçılar heç bir ziyanın olmadığını dediyi halda, ginekoloqlar isə əksinə, xəstəlik yaratdığını və hətta xəstəlikləri kəskinləşdirdiyini iddia edirlər.

Ən çox istifadə olunan gündəlik bezlər olduğu üçün onlar haqda daha ətraflı danışaq, onlardan istifadə olunub-olmaması seçimi isə sizə qalır.  

Bilməli olduğunuz faktlar:

  • Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda ginekoloji xəstəliklərin 63%-i məhz keyfiyyətsiz bez istifadəsi ilə bağlıdır.
  • Gündəlik bezlər cinsi orqanlara oksigen axınının azalmasına gətirib çıxarır, eyni zamanda səthində olan polietilen həmin nahiyədə temperaturun qalxmasına səbəb olur. Temperaturun qalxması isə cinsi orqanların sağlam qalması üçün xeyirli bakteriyalardan olan laktobakteriyaların işini pozmuş olur. Onlar  belə vəziyyətdə normal çoxala və funksiyasını yerinə yetirə bilmirlər, nəticədə zərərli bakteriyalar üçün əla şərait yaranır və  vaginoz, daha sonra isə vaginit əmələ gələ bilir. Bir sözlə, bez mikrobların inkişafı üçün ideal məkandır .
  • Ən yaxşı iddia edilən  bezlərin belə səthi sintetik materialdan hazırlanır və tərkibinə polietilen daxildir, o isə öz növbəsində yuxarıda da qeyd etdiyimiz kimi həmin nahiyədə istiliyin və nəticədə mikrobların artmasına səbəb olur.
  • Aybaşı dövründə istifadə olunan bezlərdə isə artıq 30 dəqiqədən sonra mikroblar çoxalmağa başlayır. Bu dövrdə bədənin müqaviməti aşağı düşür və elə bu dövrdə vaxtında dəyişilməyən bezlər mikroblar üçün əla məkan olub, ciddi xəstəliklərə gətirib çıxara bilər. Xəstəlik isə özünü  axıntı, qaşınma, hətta ağrı, ürəkbulanma, temperatur kimi əlamətlərlə göstərir. Belə əlamətlər olduqda mütləq ginekoloqa müraciət etmək lazımdır. Bir məqama da diqqət yetirin.  Məhz bu dövrdə müqavimət düşdüyü üçün bədən zəifləyir və infeksiya yaranma təhlükəsi birə-beş artır, ona görə də həkimlər aybaşı dövründə gigiyena qaydalarına ciddi əməl etməyi və cinsi əlaqədə olmamağı məsləhət görmürlər.

Bəs hansı bezlər sağlamlıq üçün daha məsləhətlidir? 

Bezlərin yaratdığı bütün bu problemləri aradan qaldırmaq üçün istehsalçılar bitki və anion hopdurulmuş bezlər təqdim edirlər. Bitkilərdən olan bezlər istifadə olunduğu birinci saat ərzində müalicəvi təsir göstərir, lakin daha sonrası eynilə digər bezlərdə olduğu kimidir. Onu da bilin ki, bitkili bezlər adı ilə sizə kimyəvi maddələrlə ətirlənmiş bezlər sata bilərlər, bu isə digərlərindən daha təhlükəlidir.

Anionla olan bezlərə gəlincə, onlar oksigen və mənfi yüklənmiş ionlarla təmin edilib. İstehsalçıların dediklərinə görə, bu bezlər temperatur qalxmağa başlayanda mikrobların çoxalmağının qarşısını alır.

Yox, yenə də “Bezsiz keçinə bilmərəm” deyirsinizsə, onda aşağıdakı  qaydalara mütləq riayət edin:

  • Gündəlik bezlər hər 3 saatdan bir mütləq dəyişdirilməlidir. 3 saatdan gec olduqda bədən özünü elə öz axıntısı ilə zəhərləyir. Aybaşı dövründə istifadə olunan bezlər isə 30 dəqiqədən bir dəyişilməlidir.
  • Ucuz və tanınmamış markalardan istifadə etməyin, tanınan keyfiyyətli markaların bir fərqi var ki, onlar oksigen axınının tam qarşısını almır, ona görə xəstəliyə tutulma ehtimalı daha az olur.
  • Gigiyenaya riayət etmək həmişə mümkün olmadığından (xüsusilə də işləyən xanımlarda), intim salfetlərdən istifadə etməyiniz məsləhətdir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top