İlk növbədə “Ayurveda nədir?” bu haqda qısa məlumat verək. Ayurveda həyat haqqında elmdir. Dəqiq desək sağlam həyat haqqında kompleks elmdir. Ayurveda bir neçə on min il əvvəl Yer kürəsinin şimal yarimkürəsində yaşayan arilərdən günümüzə gəlib çıxıb. Ari sivilizasiyası yüksək mədəniyyətə, böyük biliklərə və inanılmaz qabiliyyətlərə malik idi. Arilər heç nəyi yazmaga ehtiyac duymurdu, çünki onların zəkası ağlasığmaz dərəcədə çox informasiyanı səhvsiz yadda saxlamağa qadir idi.
Arilərin insan varlığı haqqında bilikləri, tibbi bilikləri isə müasir elmi tədqiqatçıları xüsusilə heyrətə gətirir. Onlardan bəziləri ilə sizinlə bölüşürük. Bu məsləhətləri gündəlik həyat tərzinizə əlavə etməklə özünüzdə fiziki və mənəvi dəyişiklikləri hiss etməyə başlayacaqsınız:
- Yuxudan oyananda 1 stəkan yaxud daha çox isti su için. Bu, bağırsağa və ümumiyyətlə bütün həzm sisteminin işinə çox müsbət təsir göstərir, onu həzmə hazırlayır və ifrazatı da normallaşdırır (qəbizliyi olanlar üçün xüsusilə məsləhətdir);
- Səhər yuxudan oyandıqdan sonra prana bədənini (energetik bədən) təmizləmək üçün soyuq duş qəbul edin;
- Duşdan sonra bədən məşqləri etmək orqanizm üçün çox xeyirlidir (əsasən Yoqa asanalar və digər sakit məşğələlər məsləhətdir);
- Dişləri təmizlədikdən sonra parodontoz profilaktikasi və damaqda qan dövranının stimulyasiyasi üçün ağız boşluğunu 5 dəqiqə küncüt yağı ilə qarqara etmək, daha sonra isə damağı barmaqlarla masaj etmək məsləhətdir;
- Hər qida və qəbulundan sonra dişlər və ağız boşluğunu su ilə təmizləyin;
- Axşam işdən gəldikdən sonra gün ərzində insanlarla münasibət və ətraf mühitin energetik bədənə neqativ təsirlərindən təmizlənməsi üçün mütləq isti duş qəbul edin;
- Əgər siz kompüterdə çox işləyirsinizsə, yaxud da ümumiyyətlə gözlərinizdə narahatlıq varsa hər gün gözlərinizə bir neçə damla gülab damcıladın;
- Əgər naharda çox yemisinizsə bir neçə bütöv hil dənəsi çeynəyin ki, həzm prosesi yaxşılaşsın;
- Dərinizin gözəl və elastik görünməyini istəyirsinizsə gündə 2 dəfə, səhər və axşam onu buz kubikləri ilə silin. Daha yaxşı olar ki, bu dondurulmuş çobanyastığı həlimi (suyu, çayı) olsun. Bundan başqa, yaşıl çay, cəfəri, sürvədən (şalfey) hazırlanan buzlar dərinizin keyfiyyətinə çox müsbət təsir göstərəcək;
- Yatmazdan əvvəl 10-15 dəqiqə piyada gəzin;
- Hər gün təmiz havada gəzmək məsləhətdir, xüsusilə səhərlər, 30 dəqiqədən az olmayaraq;
- Ayurveda saat 18:00-dan sonra yemək yeməyi məsləhət görmür.