Gözaltı qaraltılarını ev şəraitində necə aradan götürmək olar?

Gözaltı qaraltılarını ev şəraitində necə aradan götürmək olar?

Bunun üçün bir çox üsullar var. Qaraltılara qarşı ən effektiv vasitələrdən biri kartofdur. Bunun üçün həm bişmiş, həm də çiy kartof işə yarayır.

Aşağıda qeyd olunan üsullar köməyinizə gələcək:

  • Çiy kartofu dairəvi şəkildə kəsərək gözaltı nahiyəyə qoyub 10-15 dəqiqə saxlayın və sonda sərin su ilə yuyun;
  • Bişmiş kartofu püre şəklinə salıb üzərinə bir qədər süd töküb gözləyin. Soyuyandan sonra isə gözaltına qoyun və 20 dəqiqə saxladıqdan sonra bir qədər sərin su ilə yuyun;
  • Kartofu sürtgəcdən keçirin, alınmış kütlədən 2 çay qaşığı götürün və bir çay qaşığı zeytun yağı ilə qarışdırın. 20-25 dəqiqədən sonra qara və ya yaşıl çayla qarışdırılmış 1:1 nisbətində su ilə yuyun;
  • Sürtgəcdən keçirilmiş kartofdan bir hissə götürün (gözaltına çatacaq qədər), eyni miqdarda yulaf unu və bir az da süd töküb yaxşı qarışdırın. Kütlə qatı olmalıdır. 20-25 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.

Xiyardan hazırlanan maska da köməyinizə gələcək:

Xiyarı sürtgəcdən keçirin, alınan kütlədən yarım xörək qaşığı götürün, üzərinə elə o qədər çox xırda doğranmış cəfəri və ya keşniş, bir o qədər də xama əlavə edib qarışdırın. Yaxşıca qarışdırıb gözün altına çəkin və  15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top