Falafel resepti

Falafel resepti

Vegetarian mətbəxinin ən dadlı və məşhur yeməklərindən olan falafel son vaxtlar şəhərimizin də bəzi restoranlarında hazırlanır. Həm  sağlam, həm faydalı olan falafeli ev şəraitində özümüz də hazırlaya bilərik. Gəlin baxaq bu dadlı təamı hazırlamaq üçün bizə nə lazım olacaq?

  • 2 stəkan bişmiş noxud
  • 6 diş sarımsaq
  • 2 ədəd soğan
  • 1 stəkan doğranmış cəfəri
  • 1 stəkan doğranmış keşniş
  • 1 çay qaşığı duz
  • ¼ xörək qaşığı qırmızı çili bibəri
  • 1 xörək qaşığı üyüdülmüş keşniş toxumu
  • 2 xörək qaşığı düyü unu
  • 2 xörək qaşığı duru yağ

Hazırlanma qaydası: noxudu axşamdan suda isladın, səhər yaxşı yuyub bişirin. Soğan, sarımsaq və göyərtini xırda şəkildə doğrayın. Göyərti, bişmiş noxud, sarımsaq, soğan və ədviyyatları ətçəkən maşın və ya blenderdən keçirin. Alınan qarışığı kiçik dairəciklər şəklinə salın, un qarışığı bu formaya salmağa kömək edəcək. Daha sonra sobada 180 dərəcədə dairəciklərin üzəri qızarana qədər saxlayın. Sobada hazırlanan falafel tavada hazırlananla müqayisədə daha sağlam və dietik hesab olunur. Lakin siz original reseptə görə tavada da hazırlaya bilərsiniz.

FalafelLg

Falafeli süfrəyə lavaş, taxini sousu ilə və ya müxtəlif yeməklərə qarnir kimi əlavə edə bilərsiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top