Kontakt linzalarla üzmək olarmı?

Kontakt linzalarla üzmək olarmı?

Kontakt linzalarla üzməkdən qaçılmalıdır. Belə ki, linza ilə üzmək gözdə infeksiyanın yaranmasına səbəb ola bilər. Linzalarla üzmək gözlərinizin iltihabına və buynuz qişanın xorasına gətirib çıxaran dəyişikliklərə səbəb ola bilər.

FDA (Amerika Qida və Dərman administrasiyası) məsləhət görür ki, linzalar kran və hovuz suları, həmçinin okean, göl, sauna və duşdan istifadə zamanı taxılmamalıdır. Bu cür su virus və təhlükəli bakteriyaların mənbəyinə çevrilə bilir.

Belə mikroblardan ən təhlükəlisi Acanthamoeba-dır. O, linzaya yapışaraq, gözün buynuz qişasında iltihab əmələ gətirir. Akantamöba keratiti (acanthamoeba keratitis) adlanan bu vəziyyət üzən zaman linzalardan istifadənin nəticəsi olub, vaxtında müalicə edilmədikdə, görmənin itirilməsi və buynuz qişası transplantasiyasına gətirib çıxaran ağırlaşmalara səbəb ola bilər.

Əgər üzdükdə gözlərinizə su dəyibsə, mümkün qədər tez linzalarınızı çıxarıb, təmizləməli və infeksiya riskini aradan qaldırmalısınız. Kontakt linzalardan düzgün istifadə sonrakı infeksiyalaşmanın qarşısını ala bilər.

Linzalarınızı ən geci 3 aydan bir dəyişməyi və bu zaman göz həkiminin məsləhətlərinə əməl etməyi unutmayın.

woman putting in contact lens

Sərt kontakt linzalar heç vaxt üzərkən taxılmamalıdır, çünki onlar sizin gözünüzdən çıxaraq itəcəklər. Lakin yumşaq linzalar məsaməli quruluşlarına görə, kimyəvi maddələrin və bakteriyaların gözlərinizdə toplanmasına, bununla da iltihabın əmələ gəlməsinə səbəb ola bilir.

Bundan başqa, təmiz su və hovuz suyu yumşaq linzaların gözdə dartılmasına gətirib çıxarır ki, bu da gözlərdə diskomfort, narahatlıq yaradır.

Həmçinin, üzən zaman gözlərinizə düşən su gözün təbii mayesini yuyaraq, xroniki quruluğa səbəb olur.  

 Yenə də linzalarla üzmək qərarına gəlmisinizsə, bir günlük linzalar ən uyğun variantdır. Onlar istifadədən sonra atıldığına görə təmizlənmə və dezinfeksiya problemi aradan qalxmış olur.

Ən təhlükəsiz yolu hovuzdan çıxan kimi linzaları çıxarmaq, gözü təmiz su, sonra isə nəmləndirici damcılarla yumaq və yeni birdəfəlik linzaları geyinməkdir.

Əgər siz gündəlik linzalardan istifadə edirsinizsə, bu, kontakt linzaların qiyməti və keyfiyyətinin yaxşı nisbətidir.

Suda üzərkən linzalarınızla problem yaşandıqda mütləq göz həkiminizə müraciət edin.

Oftalmoloq-cərrah Dr. Günay Əliyeva

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top