Orucluq vaxtı Halsızlığın Qarşısını Almaq üçün Məsləhətlər

Orucluq vaxtı Halsızlığın Qarşısını Almaq üçün Məsləhətlər
Ramazan ayında oruc tutmaqla faydalanan insanlar çoxdur. Lakin yay kimi bir fəsildə ac və susuz qalmaq bir çox hallarda, xüsusilə də aktiv işləyən insanlarda halsızlıq, yorğunluq, başağrıları yaradır.
Bu kimi halların qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlər faydalı olacaq.
Gün ərzində iki dəfə qida və maye qəbulu mümkündür, bunu elə nizamlamaq lazımdır ki, orqanizm nə yüklənməsin, nə də mənfi balans yaranmasın.
İlk olaraq sahur yeməyindən (imsak) başlayaq ki, bu zaman qida qəbulu daha çox maye halında olmalıdır və sərt kosistensiyalı qidalar məsləhət görülmür.
Təzə meyvə suyu və ya kompot içilməsi zəruridir.
 
Gün ərzində daha çox işləyənlər, eləcə də enerji itirənlərdə səhər qida reijimi fərqli olmalıdır. Qida əlavəsi kimi belə bir qarışıq istifadə edə bilərlər:
Çiçək tozu 1/2 çay qaşığı + keçibuynuzu tozu 1/2 çay qaşığı + bal 1 xörək qaşığı qarışdırıb qida qəbulundan sonra istifadə edilsin.
 
Diqqət etməli olduğunuz vacib məqamlar:
1. İftar yeməyində saatlarla boş qalan mədəni birdən-birə doldurmaq lazım deyil.
2. Hər iki yemək vaxtı xurma yeyilməsi mütləqdir.
3. İftarla imsak arasında az vaxt qaldığına görə yemək üçün ayrılan vaxtı uzatmaq olmaz. Çünki qəbul etdiyimiz qidanın mübadiləyə qoşulması üçün biokimyəvi cəhətdən daha çox su tələb olunur. Nəzərə alın ki, suya olan tələbat bizi daha çox halsız və yorğun edə bilər.
4. Şəkər qəbulu normada olmalıdır və bu zaman yaxşı olar ki, karbohidrat tərkibli qidalara üstünlük verilsin.
İftar yeməyindən sonra isə 100 qr-a qədər meyvə qurusu yeyilməyi məsləhətdir. Bu həm itirilmiş mineralların bərpası üçündür, həm də çox da enerji tələb etməyən mübadiləni tənzimləmək üçün.
5. Normal çəkili bir insanın 2 litr maye qəbul etməsi məsləhətdir.
 
Fitoterapevt Dr. Elnur Rəhimov

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top