Virusları öldürən 5 qida

Virusları öldürən 5 qida
İş yerləri, məktəblər, bir sözlə hər yer yavaş-yavaş virusla “yoluxmağa” başlayır.  Onlardan qorunmaq üçün yeganə yol immunitetimizi möhkəmlətmək, təbii vasitələrdən istifadə etmək və düzgün qidalanmaqdır.
Qida rasionunuza əlavə edəcəyiniz bu vasitələr immunitetinizi möhkəmlədib sizi xəstələnməyə qoymayacaq.,
 Propolis, çox güclü təbii antibiotik vasitələrdən olan propolis bir arı məhsudur.  Propolisin spirtdə, suda məhlullarından, həmçinin çeynəmə şəklində istifadə etməyiniz məsləhətdir.
 
Mumiye, hələ də yaranması necə məlum olmayan bu çox faydalı təbii vasitə “İmmun sistemin dərmanıdır”, deyə bilərəm.
 
Balın faydasını bilməyən yoxdur, lakin təəssüf ki, bal lazımınca istifadə edilmir və dəyərləndirilmir. Davamlı olaraq bal yeyən insanların immuniteti güclü olur və nəticədə nadir halda xəstələnirlər.
 
Sarımsağın təbii antibiotik olduğunu yəqin ki, bilməyən yoxdur. İyinə görə, çoxları sarımsağı sevmir, lakin əbəs yerə sağlamlığımızı qoruyan bu bitkidən uzaq dururuq. Sarımsaq yedikdən sonra süd, limon, cəfəri yesəniz və ya  isti çay içsəniz, həmçinin qərənfil çeynəsəniz qoxu kifayət qədər itmiş olacaq.
Yox yenə də “Yeməyəcəm!” deyirsinizsə, sarımsağın hazır kapsulları apteklərdə satışda olur, onlardan yararlana bilərsiniz.
 
Zəncəfili çox xanımlar arıqlamaq üçün istifadə etsələr də deməliyəm ki, antimikrob, iltihabəleyhinə, tərlədici, qızdırmasalıcı, bəlğəmgətirici, virusəleyhinə təsir göstərdiyi üçün qrip kimi virus xəstəliklərində xüsusilə effektivdir.

Arzu Nəcəfova

One thought on “Virusları öldürən 5 qida

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top