Arıqlmaq istəyirsinizsə, bunları yeməyin!

Arıqlmaq istəyirsinizsə, bunları yeməyin!

Dövrümüzün ən qlobal və xanımların qorxulu yuxusu olan piylənmə problemi bir çoxumuzu narahat edir, bunu nəzərə alaraq sizə  faydalı olacaq bir yazı təqdim edirik. Arıqlamaq istəyən xanımların bilməli olduğu bir çox məqamlar var.

Başlıca olaraq, həyat tərzinizi dəyişməlisiniz, çünki məhz qeyri-düzgün qidalanma, hərəkətsizlik, stress artıq kilolalara gətirib çıxarır.

Piylənməni yaradan ən əsas səbəblərdən biri qeyri-düzgün qidalanmadır.

www.win7wallpapers.com

 Arıqlamaq istəyənlərin etdiyi ən böyük səhvlər hansılardır? 

  1. Fast food-la (Mcdonalds, KFC və s.) qidalanma;
  2. Çoxlu miqdarda yağlı, qızartma, şirniyyat, rəngli və şirin qazlı sular, çipsi, suxari, ketçup qəbulu;
  3. Saatlarla televizor, kompüter qarşısında oturub seriallara baxaraq şirniyyatla çay içmək;
  4. Bütün günü stress vəziyyətində olmaq (işdə, ailə problemləri və s.);
  5. Həzm sistemi pozğunluğu, qəbizlik, hormonal problemlərin aradan qaldırılmaması və s.

Siyahını uzatmaq da olar.

 healthy-food

Piylənmədən qurtulmaq üçün ilk olaraq maddələr mübadiləsini sürətlənləndirmək lazımdır, bunun üçün:

  1. Gündə 4-6 dəfə az-az qidalanmaq (belə qidalanmaq maddələr mübadiləsini sürətləndirir və həzmi yaxşılaşdırır);
  2. Gün ərzində 1,5-3 litr su qəbul etmək (su maddələr mübadiləsini sürətləndirir və nəticədə piylərin əriməsinə səbəb olur);
  3. Yağlı, qızartma yeməklərin miqdarını azaltmaq;
  4. Kərə yağı əvəzinə bitki yağı, xüsusilə də zeytun yağından istifadə etmək;
  5. Sulu xörəklərə üstünlük vermək;
  6. Meyvə, tərəvəz, göyərtini rasionda artırmaq;
  7. Gecə yeməyi unudun (17:00-dan sonra maddələr mübadiləsi zəifləyir, ona görə də yedikləriniz piylərinizin üstünə bir az da piy gətirir);
  8. Çörək, şirniyyat, tort, ümumiyyətlə, ağ undan olan bütün məhsulları çox az qəbul etməli, əvəzində kəpəkli, çovdar unundan hazırlanan həzmi yaxşılaşdıran çörəkdən istifadə etmək (o da qədərində);
  9. Şirin, qazlı suları rasiondan çıxarmaq (tərkibində çoxlu miqdar şəkər olduğundan kilo artımına səbəb olur);
  10. Kolbasa, sosiska kimi ət məhsulları-bunlar qida deyil, sadəcə sizi bir az da piyləndirən, çox zərərli məhsullardır;
  11. Duz və şəkər istifadəsini azaltmaq;
  12. Yemək arasındakı vaxt 4 saatdan çox olmamalıdır, belə ki, uzun müddət qidalanmadıqda orqanizm stress keçirməyə başlayır və piyləri ehtiyat kimi saxlayaraq parçalanmağa qoymur;
  13. Yatmamışdan 4-5 saat qabaq yemək qəbulu dayandırılmalıdır, axşam aclığa dözə bilmirsinizsə, bir stəkan yağsız kefir, yaşıl çay və ya isti su içə bilərsiniz;
  14. Rasionda zülal tərkibli qidalar üstünlük təşkil etməlidir;
  15. Qara çay əvəzinə yaşıl çaya üstünlük verin.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top