Cəmi iki həftəyə artıq kilolardan azad olun!

Cəmi iki həftəyə artıq kilolardan azad olun!

Sağlam və gözəl bədənə sahib olmanın yolları haqqında sizə məlumat verməyə davam edirik. Hamımız bilirik ki, fiziki hərəkətsiz gözəl bədənə sahib olmaq mümkün deyil. Fiziki hərəkətlərə daxil olan kardioməşqlərdən biri iplə tullanmadır. Siz gün ərzində 10-20 dəqiqə iplə tullanmaqla qısa vaxt ərzində artıq kilolardan azad ola, eyni vaxtda əzələlərinizi möhkəmlədə və bədəninizi gözəl formaya sala biləcəksiniz.

Bunları bildikdən sonra iplə tullanmanı sevəcəksiniz :)


– Siz heç pul xərcləmədən və gün ərzində çox vaxt sərf etmədən artıq kilolardan azad olursunuz;
– Tullanma zamanı xoşbəxtlik hormonları qana keçməyə başlayır və insanın əhvalı xeyli yüksəlir;
– Eyni vaxtda bədəndəki bütün əzələlər işləyir: qol, kürək, bel, sağrı, ayaqlar.
– Ürək-damar sistemini möhkəmləndirir;
– Bədənin dözümlülüyünü artırır;
– 20 dəqiqə ərzində 300 kkal-dan azad edir;
– Sellüliti aradan qaldırır və sağrı əzələlərini dikləşdirir;
– Qan dövranını yaxşılaşdırır.

İplə tullananda nəyə diqqət etməliyik?


– Başlamazdan əvvəl isinmə hərəkətləri etmək və rahat idman ayaqqabısı geyinmək lazımdır;
– İplə tullanarkən irəli baxmaq, onurğanı düz tutmaq və qarın əzələlərini içəri çəkmək lazımdır;
– Ayağınızın altından ipin keçməsi üçün 3-5 sm qədər yuxarı tullanmalısınız;
– Ayaq barmaqlarının ucunda tullanın, dabanın yerə dəyməməsinə çalışın;
– Qollar çox hərəkət etməməli, əllər isə dairəvi hərəkədə olmalıdır.

Yeni başlayanlar üçün məsləhətlər 


İplə 2-3 dəqiqə tullanıb, daha sonra 1-2 dəqiqə dincəlin, sonra yenidən davam. Belə ki, bədəni birdən-birə fiziki yükləmək olmaz. Hər gün bədən fiziki yüklənməyə öyrəşir və daha sonra siz rahatlıqla 20 dəqiqə iplə tullana biləcəksiniz.

Cəmi iki həftə iplə tullanın və nəticələr sizi təəccübləndirəcək :)

Diqqət! Ürək-damar xəstəlikləri, yüksək arterial təzyiq, oynaq və onurğasında ciddi problem olan insanlar, varikoz genişlənmədən əziyyət çəkənlər və qadınlara menstruasiya (aybaşı) vaxtı iplə tullanma məsləhət deyil.

 

Arzu Nəcəfova

One thought on “Cəmi iki həftəyə artıq kilolardan azad olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top