Qazlı sularla susuzluğunuzu yatırdığınızı düşünürsünüz? Heç bir ziyanlı tərəfinin olmadığını düşünürsünüz? Onda bu yazı sizin üçündür.
– Coca-Cola, Pepsi, Fanta və digər istənilən qazlı içkinin 500 ml-də (0,5litr) olan şəkər 210-288,7 kkal təşkil edir. Bu demək olar, bir yemek porsiyasındakı kaloriyə bərabərdir. Rahatlıqla bədənə daxil olan bu şəkər birbaşa piy şəklində yığılır. Bir sözlə, qazlı içkilər şəkərli diabet və piylənmə kimi xəstəliklərə gedən birbaşa yoldur;
– Şirin qazlı sular kariyes üçün əla şərait yaradır, buna səbəb içkilərin tərkibindəki ancaq şəkər deyil, həm də emalı dağıdan müxtəlif turşulardır;
– Qazlı suların tərkibindəki ostofosfor, limon, alma turşuları və fosfor sümüklərdə kalsium kimi vacib elementin yuyulmasına səbəb olur, bu isə sümük kövrəkliyi və sınıqlara gətirib çıxarır. Davamlı olaraq qazlı su içən uşaq və yaşlı insanlarda sümük sınıqlarına 3-4 dəfə çox rast gəlinir;
– Qazlı suların pH göstəricisi sirkəninki qədərdir və həmin bu içkilərin tərkibindəki turşulara görə onlarla hətta ərp belə təmizləmək mümkündür, indi təsəvvür edin ki, siz hər dəfə ərpi belə təmizləyən “sirkə” içərək mədənizi necə “yuyursunuz”;
– Dietik qazlı suların tərkibi isə çox daha təhlükəlidir, belə ki, bəh-bəhlə içdiyiniz dietik qazlı suların tərkibində sintetik şəkərəvəzedici maddələr var, onlardan aspartam və saxarini göstərmək olar. Aspartamın tərkibindəki metanol dizel yanacağının tərkibinə daxil olan bir maddədir. Davamlı dietik qazlı sular istifadə edən insanlar özlərinin belə xəbəri olmadan günü-gündən bədəni ağır zəhərli maddələrlə zəhərləyirlər. Saxarin adlanan digər əvəzləyici isə sidik kisəsi və cinsi orqanlarda toplanaraq xərçəng hüceyrələrinin yaranmasına gətirib çıxarır;
– Hər bir qazlı içkinin tərkibində olan kofein az miqdarda bədənə gümrahlıq verir, lakin davamlı istifadə zamanı başağrıları, yorğunluq, depressiya, əzələ ağrıları və qıcolması, ürək bulanma və qusma yaradır. Bu əlamətlər sizə digər xəstəliklərin əlamətlərini xatırlada bilər, lakin hər gün bu içkiləri qəbul edən hər bir kəs bilməlidir ki, səbəb məhz onun cəmi bir şüşə “sevimli” içkisindədir. Alimlərin fikirlərinə görə isə kofein qəbulu mayalanma prosesinin keyfiyyətini 50%-dək endirir, məhz buna görə uşaq dünyaya gətirmək istəyən cütlüklər bu haqda yaxşı düşünməlidirlər;
– Qazlı içkilərin tərkibindəki daha bir “məşhur” konservant natrium benzoatdır. Bu maddə bədəndə kaliumun miqdarını aşağı salaraq, səpgi, dəridə müxtəlif allergik reaksiyalar, ekzema, hətta bronxial astmaya belə gətirib çıxarır;
– Hər bir qazlı içkinin tərkibində karbon qazı var və bu qaz mədə şirəsinin turşuluğunun artmasına, bağırsaqda çox qaz yaranmasına səbəb olur. Mədə-bağırsaq xorası, qastrit və həzm sisteminin xəstəliklərindən əziyyət çəkən insanlara qazlı sular xüsusilə əks-göstərişdir. Müalicə məqsədilə istifadə edilən mineral suların da qazı çıxarılıb istifadə edilməlidir.
Sonda seçim yenə də sizindir! Sağlam həyat və ya xəstəliklərlə dolu sizi bezdirən həyat? Seçiminizi düzgün edin və sağlam yaşayın :)