Yaydır və hər birimiz açıq geyimlərdə dərimizin gözəl görünməsini istəyirik. Bunun üçün sizə çox asan hazırlanan bədən skrabı təqdim edirik. Aşağıda qeyd olunan hər inqridientdən eyni miqdarda götürün:
– Zeytun yağı
– Şəkər tozu (qəhvəyi şəkər tozundan da istifadə edə bilərsiniz)
– Bal
Göstərilən inqridientləri qarışdırın, duş aldığınız zaman son olaraq bu skrabı bədəninizə çəkin və yüngül şəkildə massaj edin. Daha sonra ilıq su ilə yuyun.
Qeyd: dərinizdə yağlılıq qalacaq, buna görə narahat olmayın, bir neçə dəqiqədən sonra yağ dərinizə hoparaq onu parıltılı, hamar və təravətli edəcək.