Tərkibi:
- 2-3 sm uzunluğunda təzə imbir kökü (marketlər və meyvə-tərəvəz dükanlarında satılır)
- 0, 5 litr su
- Bir neçə yarpaq melissa və nanə
- 1 limonun şirəsi
- 1 xörək qaşığı bal
Hazırlanma qaydası:
İmbirin qabğını soyub sürtgəcin ən xırda hissəsindən keçirin və üzərinə su əlavə edib odun üzərinə qoyun. Qaynadıqdan sonra 10-15 dəqiqə vam odda saxlayın. İmbirli suyu süzün və kənara qoyun bir qədər soyusun. Soyuduqdan sonra üzərinə nanə, melissa əlavə edib 10 dəqiqə gözləyin. Sonda limon suyu və bal əlavə edin. Detoks çayınız hazırdır :)
Faydası:
- İştahı azaldır
- Bədəndən artıq mayeni qovur
- Həzmi yaxşılaşdırır
- Maddələr mübadiləsini sürətləndirir
- Artıq kilolardan azad edir
- Bədəni zərərli maddələrdən təmizləyir
- Dərinin vəziyyətini yaxşılaşdırır
- Yorğunluğu aradan qaldırır, enerji verir və s.