Tərkibi:
- 1 litr yağsız kefir (kefir süd məhsulu olub, marketlərdə satılır)
- 4-5 çubuq kərəviz
- 1 kiçik dəstə cəfəri
Hazırlanma qaydası:
Cəfərini yuduqdan sonra xırda şəkildə doğrayın. Kərəvizi sürtgəcin ən nazik hissəsindən keçirib, hər iki inqridienti kefirin üzərinə əlavə edin. Yaxşı qarışdırın və DETOKS içkiniz hazırdır :)
Qəbul qaydası: gün ərzində yeməkdən yarım saat əvvəl və yeməkdən 2 saat sonra qəbul edə biləsiniz.
Faydası:
- Bağırsaq florasını yaxşılaşdırır
- Tərkibi vitamin və minerallar, mineral duzlar, amin turşularla olduqca zəngindir
- Mədədə ağırlıq hissi yaratmadan uzun müddət toxluq hissə yaradır
- Orqanizmi həzm üçün çox vacib olan liflərlə təmin edir
- Tərkibi antioksidantlarla zəngindir (antioksidantlar bədənimizi zərərli maddələrdən təmizləyir)
- Yüngüllük hissi və enerji verir
- Artıq kilolardan azad edir