İntim münasibətlər əksər insanların qəbul etdiyi kimi yalnız nəsli davam etdirmək, həyat yoldaşı kimi bir borc və yalnız həzz almaq üçün deyil, intim münasibətlərin qadın sağlamlığında, eləcə də kişi sağlamlığı üçün böyük rolu var. Faydaları ilə aşağıda tanış ola bilərsiniz:
Seks stresdən azad edir
Heç bilirsiniz ki, qadınların hirsli və aqressiv olmalarının səbəbi əksər hallarda normal intim münasibətin olmamasıdır. Vaxtaşırı və keyfiyyətli intim münasibətlər yaşayan qadınlar az hallarda stresdən əziyyət çəkirlər. Belə ki, seks zamanı, xüsusilə də orqazma yaxınlaşan anda xoşbəxtlik hormonları adlanan endorfinlər ifraz olunur, bu isə öz növbəsində əhvalın yüksəlməsinə səbəb olur. Həmçinin, intim əlaqə zamanı sinir sisteminin normal fəaliyyətinə cavab verən serotonin ifrazı da artır ki, o isə öz növbəsində qadın bədənini tam rahatladır və stressə qarşı dözümlü edir.
Beləliklə, seks stress və depressiya əleyhinə mükəmməl vasitədir.
Seks ağrıkəsici kimi
Başının səbəbsiz yerə çox ağrımasından şikayət edən xanımlar həyatlarındakı intim münasibətləri qaydaya saldıqdan sonra bu şikayət demək olar ki, yoxa çıxır.
Seks arıqladır
Xanımların daha bir yaralı yeri dayanmadan yemək istəyi və nəticədə sevimli paltarlarını geyinə bilməməkləridir. Burada da köməyə seks gəlir, belə ki, o, iştahanı azaldır və nəticədə siz daha az yeyib, kilolardan qurtulmuş olursunuz. Üstəlik, intim münasibət zamanı siz kifayət qədər kalori yandırdığınızı da bilməlisiniz :)
Seks gözəlləşdirir
Seks zamanı aktivləşən bir çox hormonların hesabına və qan dövranı sürətləndiyi üçün bədənin bütün toxumaları daha yaxşı qidalanmış olur və bunun hesabına dərinin tonusu və elastikliyi artır, rəngi gözəlləşir, saç və dırnaqlar da öz gözəlliyini bərpa edir.
Seks yuxu problemini aradan götürür
Qadın hormonlarından biri olub, rahatladıcı və yuxugətirici xüsusiyyəti olan progesteronın ifrazı intim əlaqə vaxtı iki dəfə artır, demək ki, əziz xanımlar, yuxusuzluq problemini də sevdiyiniz insanla bərabər aradan qaldıra bilərsiniz.
Seks immun sistemi möhkəmləndirir
İsveç alimlərinin apardığı tədqiqatlara görə, həftədə bir-iki dəfə intim əlaqədə olan və orqazm yaşayan cütlüklərdə immun sistem üçün vacib olan immunoqlobulin A-nın miqdarı digərləri ilə müqayisədə 30 % daha çoxdur. Bu antitellər bədəni virus xəstəliklərindən, infeksiyalardan qoruyur, üstəlik sekslə mütəmadi məşğul olan qadınlarda bütün daxili sekresiya vəzilərinin funksiyası qaydaya düşür, beləliklə onlar hormonal problemlər və onların yaratdığı ən ağır xəstəliklərdən belə uzaq olurlar.
Seks daha ağıllı qərarlar qəbul etməyinizə səbəb olur
Seks vaxtı ifrazı artan oksitosin, serotonin, adrenalin və kortizol beynin çox daha yaxşı işləməsinə və daha düzgün qərarlar verməsinə səbəb olur.
Seks özünə inamı artırır
Bədəni ilə bağlı kompleks yaşayan xanımlar üçün sevdiyi insanla olan intim münasibət onun komplekslərdən azad olmasına gətirib çıxarır, belə ki, sevildiyi insan tərəfindən gözəl sözlər eşitmək, nəvaziş və təriflər istənilən qadının özünə olan inamını birə-beş artırır.
Seks əzələləri məşq elətdirir
Ehtirasa gələn qadın və kişinin ürək döyüntülərinin sayı iki dəfə artmış olur, bu say isə aktiv idmanla məşğul olduğunuz zaman artan ürək döyüntülərinə bərabərdir. İdmanın sağlamlıq olduğunu hamımız bilirik və həftədə 2-3 dəfə bu “idman” növü ilə məşğul olan insanlar, xüsusilə də kişilərin insult, ürək infarktı kimi ciddi xəstəliklərə tutulma ehtimalı yarıya qədər enir.
Bütün bunları bildikdən sonra intim münasibətlərin həyatınızda nə dərəcə vacib rol oynadığını daha yaxşı başa düşürsünüz, lakin bu o demək deyil ki, seks hər şeydir və onsuz yaşamaq mümkün deyil. Ətrafımızda tənha qadınlar kifayət qədərdir və normal sevgi həyatının olmaması onları təəssüfləndirə və hətta depressiyaya sala bilir.
İntim həyatı olmayan xanımlar bu daxili enerjini hara və necə yönəldə bilərlər? Bu haqda gələcək günlərdə.
Yadda saxlayaq!
Unutmayın ki, yalnız intim münasibət olsun deyə, yerində olmaq istəmədəyiniz adamla intim həyatınızı bölüşməyin. Çünki seks yalnız fiziki yaxınlıq deyil, bu həm mənəvi yaxınlıq, həm də enerji mübadiləsidir.