Bu günün DETOKS pəhriz salatı bədəni zərərli maddələrdən təmizləmək, artıq kilolardan azad olmaq və orqanizmi lazımlı bütün vitaminlərlə təmin etmək üçün əla vasitədir. Sizə yalnız tənbəllik etməyib salatı hazırlamaq qalır :)
Tərkibi:
- 200 qr kələm (ağ kələm da istifadə edə bilərsiniz)
- 1 ədəd yerkökü
- 1 ədəd turş alma
- 1 ədəd kiçik çuğundur
- Yarım stəkan kefir
- Bir neçə ədəd yaşıl soğan, cəfəri və şüyüd
Hazırlanma qaydası: kələmi nazik şəkildə doğrayın, yerkökü və almanı sürtgəcin iri yerindən, çuğunduru isə nazik yerindən keçirin. Daha sonra bunların üzərinə doğranmış yaşıl soğan, cəfəri, şüyüd və kefiri əlavə edib qarışdırın. Zövqə görə sarımsaq əlavə edə bilərsiniz.