Bu gün sizə bürünmələr içərisində qadınların ən çox sevdiyi və sellülitin müalicəsində mükəmməl vasitə olan laminariya yosunundan bürünməni təqdim edirik.
Lazım olacaq:
- 400-600 qr laminariya yosunu və ya tozu (apteklərdə satılır)
- 4-5 litr su
Bürünmə necə hazırlanır?
400-600 qr laminariyanın üzərinə 4 litr su əlavə edib 1-2 dəqiqə ərzində yaxşı qarışdırın (faydalı elementlərin ölməməsi üçün su 45-60 dərəcədən çox olmalı deyil). Bu ümumi bədən üçün nəzərdə tutulmuş kütlədir, əgər siz lokal olaraq müəyyən nahiyələri etmək istəyirsinizsə onda ölçünü azaltmalısınız. Soyuq bürünmə olduğundan kütlə 1 saat saxlanılıb soyudulmalıdır.
Qeyd! Laminariya bitksini tək bədənə sürtmək ev şəraitində bir qədər çətindir, çətinlik sevən deyilsinizsə əvəzində siz laminariya tozundan istifadə edə bilərsiniz :) Toz hazırlanarkən bu nisbətdə olmalıdır: 4:1 (su:toz)
Necə etməli?
Qarın, bel, ayaqlar, sağrı əzələrəri, bir sözlə lazımlı bütün nahiyələrə çəkib üzərini qida salafanı ilə örtün və 40-60 dəqiqədən sonra duş alın. Dəsmalla bədəninizi sürtməyin, dərinin özü qurumağı məsləhətdir.
Bürünmədən əvvəl nə etməli?
Qarışığı bədənə çəkməmişdən əvvəl duş qəbul edin, problemli nahiyələri bədən skrabı ilə yüngül massaj edib yaxşı təmizləyin.
Hansı müddətdə etmək lazımdır?
Effekt almaq üçün bir ay ərzində günaşırı və ya 2 gündən bir prosedur edilməlidir. Lakin dəridəki dəyişikliyi elə ilk prosedurdan görəcəksiniz.
Dəriyə və bədən ölçülərinə təsiri:
- Nahiyənin ölçülərindən asılı olaraq hər dəfə problemli zonalar 1-2 sm incəlir;
- Sellülit və dəri çatlarını aradan qaldırır;
- Bədəndən artıq mayeni, zərərli maddələri çıxarır, beləliklə şişkinlik aradan qalxır;
- Dərini qidalı maddələrlə təmin edir;
- Dəri qocalmasının qarşısını alır;
- Dərialtına təsir etdiyindən iltihab, səpgiləri aradan qaldırır;
- “Portağal dərisi” problemini aradan qaldırır;
- Dərinin tonusunu qaldıaraq onu elastik edir;
- Dəri hamar, qırışsız və parlaq olur.
Diqqət!
Proseduru etməmişdən əvvəl hazırlanmış kütlədən bir qədər götürüb dərinizə sürtün, bu yoda və digər komponentlərə qarşı allergiyanı yoxlamaq üçündür. Əgər qızartı, şişkinlik, qaşınma yaranmayıbsa deməli siz bu bürünməni edə bilərsiniz.
- Bədəninizdə açıq yara, yanıq varsa proseduru etmək olmaz;
- Özünüzü pis hiss etdikdə, yüksək temperatur zamanı əks-göstərişdir;
- Dəri və müəyyən ginekoloji xəstəliklər, ürək-damar və onkoloji xəstəliklər, şəkərli diabet zamanı, hamiləlik, süd vermə dövründə əks-göstərişdir;
- Epilyasiyanın səhəri günü etmək olmaz.
Unutmayın ki, dəri və bədənin sağlam və gözəl olması üçün kompleks yanaşma vacibdir, bürünmə ilə yanaşı gün ərzində 30-60 dəqiqə məşq və düzgün qidalanma ilə siz çox gözəl nəticələr əldə edəcəksiniz:)
Digər bürünmələr: