Az kalorili yay salatı

Az kalorili yay salatı

Bu faydalı salat vitamin, minerallarla zəngin olmaqla yanaşı, bağırsaqları təmizləyəcək və daha az kalori ilə sizi tox tutacaq :)

Tərkibi:

  • Yerkökü 3 ədəd
  • Xiyar 3 ədəd
  • Turş alma 1 ədəd
  • Limon suyu (zövqə görə)
  • Sarımsaq bir neçə diş
  • Cəfəri (istədiyiniz göyərtiləri əlavə edə bilərsiniz)
  • Zeytun yağı (zövqə görə)

Yerkökü və xiyarı sürtgəcin bir qədər iri hissəsindən, almanı nisbətən nazik hissədən keçirin və qarışdırın. Sarımsaq və göyərtini xırda şəkildə doğrayıb salata əlavə edin. Sonda limon suyu və zeytun yağını əlavə edərək salatı yaxşı qarışdırın.

Salatınız hazırdır :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top