Sizinlə paylaşdığımız bu maska dərini qidalandırır, su balansını normallaşdırır, kiçik qırışları aradan qaldırır, dəriyə təravətli və parlaq görünüş verir.
Tərkibi:
- 1 yumurta sarısı
- 0,5 çay qaşığı tünd bal
- 3-4 damcı zeytun yağı
- 10 damcı limon suyu
- 1 çay qaşığı üyüdülmüş yulaf
Hazırlanma və istifadə qaydası: yumurta sarısına tünd bal, zeytun yağı və limon suyunu əlavə edib köpük olana qədər yaxşı qarışdırın. Daha sonra üzərinə yulaf əlavə edin. 20 dəqiqə saxlayıb ilıq su ilə yuyun.