Bu gün sizinlə paylaşacağımız detoks su tərkibində xiyar olduğu üçün bədəndən artıq mayeni, zərərli maddələri çıxararaq sizi incəldərək təravətləndirəcək . Vitaminlə bol, dadlı limon, laym, nanə isə sizə xüsusi həzz verəcək :)
Bizə lazım olacaq:
- 1-2 ədəd xiyar
- 1 limon və ya laym
- Nanə (zövqə görə)
Bir litr suya xiyar, limonu (və ya laym) dairəvi şəkildə doğrayıb nanə əlavə edin. 3-4 saat soyuducuda saxlayın və detoks suyunuz hazırdır :)