“Su və cavanlıq? Nə əlaqəsi var?” sualı ortaya çıxa bilir. İnsan bədəninin 70%-dən çoxu sudan təşkil olunub və oqranizmdə gedən yaşamağımız üçün vacib bütün proseslər suda gedir. Suyun çatmazlığı insanın xəbəri belə olmadan çox ciddi xəstəliklərə gətirib çıxarır. Xəstəliklər bədəndə illərlə toplanan zərərli maddələrin toplanması nəticəsində meydana çıxır, su isə bildiyimiz kimi həmin toksinləri yuyub aparır. Əlbəttə, əgər onu lazımi miqdarda və düzgün içsək.
Su içilməməsi vaxtından əvvəl dərinin bürüşməsi, sallanması, qırışıların yaranmasına, nəticədə ümumilikdə bədənin, orqanların və dərinin qocalmasına gətirib çıxarır.
Heç bir bahalı krem, əməliyyat sizi uzun müddət cavan saxlaya bilməyəcək, çünki onlar bədəni daxildən qidalandırmır, sadəcə daxilin biruzə verdiyi xarici görünüşü düzəltməyə çalışır.
Su içməyi öyrənmək istəyirsinizsə aşağıdakıları oxuyun:
- Yeni su içməyi öyrənirsinizsə, 3-4 stəkandan başlayın, daha sonra həftədə bir stəkan artırmaqla 10-12 stəkana qədər artırın;
- Yeməklə su içmək olmaz, yeməklə içilən su həzm prosesini pozacaq və sizi kökəldəcək;
- Suyu yeməkdən 15 dəqiqə əvvəl və yeməkdən ən azı 1,5 saat sonra içmək olar;
- Su qurtumla içilməlidir. Bir dəfəyə 3 qurtum kifayət edir. Hər 20 dəqiqədən suyu belə qəbul etsəniz, bir həftədən sonra dərinizin necə gözəllişdiyini və cavanlaşdığını görəcəksiniz. Axşam saatlarında su içmək məsləhət deyil, bu səhər gözəlaltı şişlərə və narahatlığa səbəb ola bilər;
- Gün ərzində içdiyiniz çay, şirə, suplar və s. qəbul edilməli suyun miqdarına daxil deyil.
Suyun dadına vərdiş edə bilmirsinizsə aşağıdakı DADLI SU reseptləri köməyinizə gələcək:
Su ilə bağlı digər yazılarla da tanış olun: