Sellüliti yaradan ən vacib səbəblərdən biri yediyimiz qeyri-sağlam qidalardır. Gəlin onlarla tanış olaq.
1.Fast food
Sürətli (və ya pis) karbohidratlardan ibarət olan bu qidalar tərkibindəki toksinlər, konserogenlər (xərçəng yaradan maddələr), konservantların sayəsində sellülitin və piylərin sevimli dostlarıdır. Bu tip ayaqüstü qidalardan çox istifadə etdikdə onların tərkibində olan karbohidrat və zərərli maddələr piy şəklində dəri altında toplanaraq gözəlliyinizi pozan sellülit çökəkliklərini yaradır.
2.Duzlu və yağlı qidalar
Konservləşdirilmiş yeməklər, kolbasa-sosis məhsulları, çipsilər, ketçup, turşular, yağlı ət, marqarin, kərə yağı, yarım fabrikatlar (marketdən aldığınız kotlet, naggetslər və s.), hər gün qızartma və bol duzlu, yağlı yemək yeyən xanımlara piylənmə və sellülit tanış mövzudur.
3.Tərkibində şəkər olan qidalar
Rafinə olunmuş şəkər rahat əldə olunan boş kalorilərdir, hansı ki, sizdə ən yaxşı halda artıq kilolar, dəri problemləri yaradır, ən pis halda isə şəkər, arterial təzyiq və digər xroniki, ağır xəstəliklərə gətirib çıxarır. Qazlı və rəngli sular da bu sıraya aiddir. Bu sadəcə asılılıqdır, şəkəri süfrənizdən uzaqlaşdırmaqla özünüz üçün böyük iş görmüş olacaqsınız. Əgər desəniz ki, mən çox az istifadə edirəm şəkərdən. Onda bunları sayın: hər gün səhər şirin çay, gündə 4-5 stəkan çayla müxtəlif şokolad və konfetlər, qənd, mürəbbə, tort, keks və s. Bu da sizə şəkər ;)
4.Spirtli içkilər
Tərkibindəki zərərli maddələr əzələ və toxumadağıdıcı xüsusiyyətə malikdirlər. Alkoqol həmçinin, vitamin C, kalsium, sinkin bədənə təsirini azaldaraq piy toplanmasına səbəb olur.