İmmuniteti gücləndirməyin yolları

İmmuniteti gücləndirməyin yolları

İmmun sistemin sağlamlığımızda rolu barədə hamımız bilirik, immun sistem sağlam vəziyyətdə olmasa ağlımıza belə gəlməyən xəstəliklərə tutula bilərik.

Gəlin baxaq, hansı vəziyyətlərdə immun sistemin zəifləməsini bilmək olar? Əgər sizdə də bu hallar müşahidə olunursa, deməli, immun sistemi nəzarətə götürmək vaxtıdır: tez yorulma, xroniki yorğunluq, tez-tez qrip, soyuqlama hallarının baş verməsi, yuxululuq və ya yuxusuzluq, baş ağrısı, əzələ və oynaqlarda ağrı, ümumiyyətlə, bitib-tükənməyən, xroniki və “buket” (bir neçə xəstəlik) xəstəliklər.

İmmun sistem zəifləməsi səbəbləri isə müxtəlifdir:                 

  1. Stress
  2. Fiziki gərginlik
  3. Çirklənmiş ekologiya
  4. İrsi faktor
  5. Ağır pəhrizlər
  6. Vitamin və mineral çatmazlığı
  7. Dərmanlar, xüsusilə də antibiotik və hormon preparatları
  8. Qeyri-düzgün qidalanma (konservantlar, rəngləyicilərlə zəngin qidalar, GMO məhsullar və s.)

İmmun sistemi necə gücləndirək?

Səbəblərdən də görünür ki, sağlam olmaq üçün həyat tərzini dəyişmək şərtdir. Bacardığınız qədər təmiz qida, təmiz hava və idman gündəlik həyatınıza daxil olmalıdır. Neqativ düşüncə, neqativ xəbərlər və neqativ insanlardan bacardıqca uzaq durun.

Qidalanma necə olmalıdır?

İlk növbədə qidalanmaya fikir vermək lazımdır. Tərkibində A, B qrup, C, PP, minerallar, zülal və  probiotiklər olan qidaları mütləq şəkildə gündəlik rasiona daxil etməlisiniz. Bunun üçün meyvə-tərəvəz (mövsümə uyğun olan və orqanik), süd məhsulları, dəniz məhsulları, lobyalılar, fındıq, qoz, yaşıl çay süfrənizdən əskik olmasın.

Vitaminlərlə zəngin həm də müalicəvi bitkilərdir. Gündəlik içdiyiniz rəngli qara çay əvəzinə bitki çaylarından istifadə edin.

Aktiv həyat tərzi vacibdir.

Texnologiyanın sürətlə inkişafı həyatımızı kifayət qədər passivləşdirib, bu da öz növbəsində illər keçdikdən sonra ürək-damar xəstəlikləri, piylənməyə gətirib çıxarır. Gündə bir saatınızı gimnastika, qaçmaq və ya üzməyə ayırın, yarım saat təmiz havada gəzin, kompüterin və televizorun qarşısında az oturun.

 Stresdən uzaq durmağın yolları

Stresdən uzaq olmaq üçün müxtəlif fiziki məşqlər (qaçış, gəzinti və s.) mütləqdir, hərəkət etidiyiniz zaman yığılmış neqativ enerjidən azad olmuş olursunuz.

Bundan başqa, stressə qarşı effektiv vasitələr meditasiya, sakitləşdirici musiqilər, aromaterapiya, pozitiv insanlarla ünsiyyətdə olmaq və bol-bol gülməkdir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top