Məşhur fitnes məşqçi niyə 32 kq kökəldi?

Məşhur fitnes məşqçi niyə 32 kq kökəldi?

Amerikalı şəxsi fitness trener Dryu Menninq kök insanların nələr hiss etdiklərini, arıqlama prosesinin nə dərəcədə çətin keçdiyini bilmək üçün öz bədəni üzərində çoxlarını şoka salan bir ekperiment aparır. Tam ay 6 ay ərzində kök insanların qidalandığı fast food, müxtəlif şirniyyatlar, qazlı sulardan istifadə edir,  bir sözlə qeyri-sağlam qidalanma tərzinə keçir, idman zalına isə ümumiyyətlə baş çəkmir. Dryu bu qərara müştərilərinin dediyi “Siz heç vaxt kök insanları başa düşə bilməzsiniz!” ifadəsindən sonra  gəlir. O, kök insanların psixoloji vəziyyətini və həqiqətən də artıq kilolardan qurtulmağın onlar üçün nə qədər çətin olduğunu başa düşmək üçün bu addımı atır.

Tam 1 il ərzində (6 ay kökəlmə, 6 ay formaya qayıtma) hər kəs onun qeyri-adi eksperimentinin mərhələlərini  izləyə bilsin deyə Menninq foto və videoları öz blogunda paylaşmağa başlayır.

content

Dryunun öz bədəni ilə etdiyi ailəsi və yaxınlarını şoka salırdı. O, öz bədənində gedən dəyişiklikləri belə izah edir: “Artıq kilolar fiziki problemdən daha çox psixoloji problemdir. Çünki artıq kilolardan azad olmaq üçün ilk növbədə sağlam qidalanmaq və idmanla məşğul olmaq lazımdır, bunun üçün isə insan gərək psixoloji olaraq buna hazır olsun və istəsin”.

Bu eksperiment Dryuya tək piylənməyə “kömək” etmədi, onun sağlamlığı da təhlükədə idi, belə ki, çox yüksəlmiş xolesterin və yüksək təzyiq ağır nəticələr verə bilərdi.

Altı aydan sonra Dryu yenidən sağlam həyata və öz sevimli idman zalına qayıdır və tam 6 aydan sonra onun bədəni yenidən əvvəlki kimi mükəmməl formasında olur :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top