Ağız boşluğunun gigiyenası dedikdə, adətən ağlımıza gündə 2 dəfə dişlərimizi yumaq, yeməkdən sonra ağız boşluğunu yaxalamaq gəlir. Lakin çox vacib olan, bizə demək olar ki, öyrədilməyən dil təmizləmə vərdişindən çoxumuzun xəbəri yoxdur.
Bunu bilməliyik ki, dil mikrobların yığılması üçün əlverişli yerdir, burda böyüyən və artan göbələk, zərərli bakteriyalar təmizlənmədikcə ağız boşluğunda və bədənimizdə iltibahi proseslər yaradaraq müxtəlif xəstəliklərə səbəb olur.
Dilimizi niyə təmizləməliyik?
✔ Ağız boşluğundakı zərərli mikrobları 10 dəfəyə qədər azalır, buna görə də dişlər, damaq, ümumiyyətlə ağız boşluğunda, həmçinin bədənimizdə yaranacaq müxtəlif xəstəliklərin yaranmasının qarşısını alır.
✔ Detoks işini görür, belə ki, biz gecə yatarkən bədənimizdə olan zərərli maddələr dilə sorulur və səhər ərp şəklində özünü göstərir, siz dilinizi təmizləmədikcə bu zəhərli maddələri yenidən bədəninizə qaytarmış olursunuz.
✔ Dili qida qalıqlar, göbələk, bakteriya və ölmüş hüceyrələrdən təmizlədiyi üçün ağızdan gələn pis qoxunu aradan qaldırır.
✔ Dişlərin sağlamlığına ziyan vuran diş daşı yaranmasının qarşısını alır.
✔ Daxili orqanlarıın işini tənzimləyir.
✔ Dad hissiyatını yüksəltdiyi üçün qidaların dadını daha yaxşı hiss etmiş olursunuz.
Dilimizi nə ilə və necə təmizləyək?
Bunun üçün şəkildə gördüyünüz xüsusi dil təmizləyici ərsinlər var. Bundan başqa, dil təmizləyici arxası olan diş fırçalarından da istifadə edə bilərsiniz.
Dilinizi necə təmizləyəcəyinizi öyrənmək üçün isə aşağıdakı videonun 2-ci dəqiqəsindən baxmaq kifayətdir :)