Bu gün sizinlə sevdiyim mərcu supunun reseptini və faydasını bölüşmək istəyirəm. ?
Tərkibi zülal və liflə zəngin olduğundan pəhriz saxlayanlar üçün ideal qidadır. Tərkibindəki amin turşular əzələ inkişafı, tox qalmaq, liflər həzm sisteminin normal işləməsi, karbohidratlar isə sizi lazımlı enerji ilə təmin edəcək.
100 qr bişmiş mərci 112 kaloridir.
Bu pəhriz supunu hazırlamaq üçün sizə lazım olacaq:
– 1 stəkan (saya və zövqə görə artıra bilərsiniz) yaşıl mərci,
– 1 ədəd qırmızı soğan (qırmızı soğan yeməyi çox dadlı etdiyi üçün istifadə edirəm)
– 2-3 stəkan su (qatılığının necə olmasını istəməyinizdən asılı olaraq artıra və ya azalda bilərsiniz)
– 1 ədəd yerkökü,
– 1 ədəd yaşıl bibər,
– 1 ədəd pomidor,
– sarıkök, bir neçə diş sarımsaq, qara toz bibər, duz, zeytun yağı, keşniş, şüyüd, reyhan, cəfəri.
Hazırlama qaydası: gecəni suda saxladığınız yaşıl mərcini su (qatlığından asılı olaraq) və iki yerə bölünmüş soğan əlavə edib bişirin. Tavada 1 çay qaşığı zeytun yağında doğranmış bibər, yerkökü, sarımsaq, pomidor, sarıköklə təxminən 10 dəqiqə bişirin, çalışın çox az qızarsın. Daha sonra bu kütləni bişmiş mərcinin üzərinə əlavə edib daha 10 dəqiqə bişirin. Sonda göyərti və qara bibəri əlavə edin.
Daha çox faydalı reseptlərlə bloqumun “Sağlam mətbəx” bölməsindən tanış ola bilərsiniz.
Yeni faydalı yazılarımı Instagram səhifəmdən oxuya bilərsiniz: https://www.instagram.com/womheg/