Sağlamlığınız üçün gündəlik faydalı məlumatları hər gün daha tez ala bilmək üçün Instagram profilimi izləməyə dəvət edirəm. ? Instagram.com/womheg
Çaysız bir günümüz keçməyən millət olsaq da maraqlıdır ki, şəhərdə hər addımbaşı kofe məkanları ilə rastlaşırıq və istər-istəməz daha çox kofe istifadə etməyə başlayırıq.
Dadından çox qoxusunu sevdiyim bu içki sağlamlığımız üçün ziyandırmı, yoxsa faydalıdırmı? Bu gün bu haqda sizinlə bölüşmək istəyirəm.
Tərkibi 2000-dən çox maddə ilə zəngin kofenin (söhbət südsüz, siropsuz və digər qarışıqlar olmayan kofedən gedir) faydaları
✅ Tərkibindəki kofein ürək-damar və sinir sistemini bir növ qıcıqlandırıcı təsir göstərərək onları oyandırır. Buna görə də kompüterlə işləyən və digər əqli işləri sürətlə görmək istəyən insanlar, xüsusilə də ofis şəraitində gərgin çalışanlar kofe ilə ayaqda qalmağa çalışırlar.
✅Tərkibində antioksidantlar olduğu üçün xərçəng riskini azaltdığı güman edilir.
✅Bəzi araşdırmalar göstərir ki, gündə 2-3 fincan kofe şəkər xəstəliyi yaranmasının qarşısını alır və buna səbəb kofein deyil, kofenin tərkibindəki digər maddələr səbəb ola bilər.
✅Çin alimlərinin araşdırması isə kofeinin iştahı azaltdığını və bədən çəkisini azaltmağa kömək etdiyini göstərir.
✅Araşdırmalar həmçinin, kofeinin beyində gedən yaşla əlaqədar olaraq neqativ dəyişikliklərin qarşısını aldığını və nəticədə Alzgeymer və Parkinson kimi xəstəliklərin qarşısını almasına kömək etdiyini göstərir.
Kofenin ziyanı
☑️ Uzun müddət istifadə etdikdə şəkər, narkotik kimi asılılıq yaradır və siz bir günü belə kofesiz keçirə bilmirsiniz.
☑️Təzyiqi qaldırır və hipertoniyadan (yüksək arterial təzyiq) əziyyət çəkən insanlarda insult riskini yüksəldir.
☑️ Tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir.
☑️ Yuxusuzluq yaradır.
☑️ Dişləri saraldır və dərinin rəngini boğur, nəticədə sağlam olmayan görünüş yaradır.
☑️ Bədəndə susuzluq yaradır.
☑️ Yaşlı insanlarda kalsiumun bədəndən çıxarılmasına və sümük kütləsinin itirilməsinə və nəticədə sınıqlarla səbəb ola bilir.
☑️ Hamilə qadınlar üçün faydalı bir içki sayılmır.
Diqqət! Əgər çox kofe içən deyilsinizsə və içdiyiniz kofedən (südlə qarışıq olduqda xüsusilə) sonra saatlarla tualetdə qalmaq kimi probleminiz yaranıbsa çalışın süd, sirop qarışığı olan içkilərdən istifadə etməyin, belə ki, bu içkilər bağırsağınız üçün heç də faydalı deyil.
Gozel melumatlar ucun cox sagolun.Men her seher bir fincan kofe icmesesem ozumu pis hiss edirem.Artiq asilliq yaradib.Dadini cox sevirem ancaq seherler
Salam, Aysel xanım. Buyurun, çox xoşdur.? Çalışın heç olmasa günorta için. ?
Salam. Hamile qalmag ucun mualiceler aliram ama mende 2 gunnen bir en cox axsamlar icirem calisiram tergidem ama ureyim isteyir uje bagimlilig yaradib mende. Sizce meslehetdi gunde 1defe icmeyim ya nece? Onceden teşekkurler
Salam, Şəhanə xanım. 2 gündən bir içirsinizsə heç bir problem olmaz. Sadəcə kofe və çay içəndə unutmayın ki, onun bədənə təsirini zəiflətmək üçün bir stəkan əlavə su içməlisiniz. Məsələn, gün ərzində 10 stəkan su içirsinizsə, kofeyə görə 1 stəkan əlavə, yəni 11 stəkan içməlisiniz)
Buyurun, Aysel xanım) Hər səhər içirsinizsə, bədənə təsirini azaltmaq üçün əlavə olaraq bir stəkan da su içməyiniz məsləhətdir)