? Hər birinizi “10,000 ADDIM MARAFON”una dəvət edirəm! Sabah, yəni 9 aprel tarixindən başlayaraq 9 may tarixinə qədər, tam bir ay ərzində hər gün 10,000 addım gəzəcəm. ?
Bu marafona da sizi də dəvət edirəm. ? Niyə?
– Arıqlamaq istəyirsiniz, ancaq həvəsiniz, motivasiyanız yoxdur və sona qədər davam edə bilmirsinizsə;
– Artıq kilolardan heç bir pul ödəmədən, əziyyət çəkmədən qurtulmaq istəyirsinizsə;
– Özünüzə və məqsədinizə daha məsuliyyətlə yanaşmaq istəyirsinizsə;
– Özünüzü daha enerjili və sağlam hiss etmək istəyirsinizsə.
Bunun üçün nə etməlisiniz?
☑️ Günün istənilən saatında rahat ayaqqabı və rahat geyimlə (əlbəttə ki, daha yaxşı nəticə üçün səhər acqarnına olması məsləhətdir) təmiz havada 10,000 addım gəzməlisiniz.
☑️ Gəzdiyiniz addımların sayının ekran görüntüsünü (screen) hər gün mənə direktə göndərəcəksiniz.
Addımlarınızı saymaq üçün hansı proqramdan istifadə edə bilərsiniz? Rəydə istifadə etdiyim tətbiqi sizinlə paylaşmışam. ⬇️ Siz sadəcə gördüyünüz tətbiqi (application) yükləməlisiniz.
Qoşulmaq istəyənlər, sualı olanlar mənə sosial şəbəkələrdəki səhifələrimdən yaza bilərsiniz.
Facebook səhifəm ➡ https://www.facebook.com/WomhegcomByArzu/
Instagram səhifəm ➡ https://www.instagram.com/womheg/
Diqqət! Atdığım 10,000 addımın ekran görüntüsünü (screen) hər gün sizinlə Instagram, Facebook səhifələrimdəki hekayədə bölüşəcəm. ?