İmmunitet bağırsaqdan başlayır. Bağırsaq sağlamdırsa bədəniniz də xəstəliklərə qarşı mübarizə apara bilir. Ona görə də virusdan qorunduğumuz müddətdə bəzilərinin dediyi kimi “Pəhriz saxlamayın” fikri çox yanlışdır.
“Pəhriz saxlamayın” dedikdə, əksəriyyəti “Nə gəldi yeyə bilərəm” deyə düşünür. Əksinə, məhz belə vəziyyətlərdə immun sistemi gücləndirmək üçün sağlam qidalanmağı seçmək ən düzgünüdür. Nə ac qalmaq, nə də xeyirli olmayan hər şeyi yemək düzgün deyil.
Başa düşürəm ki, bir çoxları yaya görə arıqlamaq istəyirlər və buna görə də qida rasionundan faydalı qidaları belə çıxarırlar. Lakin artıq kilolardan azad olmaq üçün sağlam qidalanma və idmanı seçmək bu krizis vəziyyətində ən optimal seçimdir. Odur ki, bu günlərdə immunitetinizi möhkəmləndirmək üçün ilk növbədə bağırsağın mikroflorasını yaxşılaşdırmaq lazımdır. Bunun üçün hansı qidalar lazımdır? Bu mövsümdə yeyə biləcəyiniz immunitet gücləndirici qidalarla tanış olun.
Kələm və kələmin bütün növləri
Bütün növ göyərtilər
Banan
Çuğundur
Razyana
Noxud
Kətan toxumu
Bal (şəkər əvəzinə)
Quru əncir
Qreypfurt
Yaşıl noxud
Zəncəfil
Keşyu
Xurma
Yaşıl soğan və sarımsaq
Ağ lobya
Turp
Balqabaq
Zukkini (kabaçki)
Avokado
Ənginar
Kefir
Evdə hazırlanan sirkəsiz kələm turşusu
Demək olar ki, hamısından istifadə edirəm, sevindim siyahını görüb))
Əla)