İmmunitetimizi möhkəmləndirməyə davam edirik.
İmmun sistemimiz üçün ən faydalı bitkilərdən biri EXİNASEYAdır. Tərkibindəki efir yağları, minerallar, vitaminlər və orqanik turşular bədənimizə necə faydalı olması barədə məlumat verir.
Məhz bu tərkibinə görə exinaseyadan bağırsaq infeksiyaları, qrip kimi virus xəstəlikləri, göbələk xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.
Qrip, soyuqdəymə zamanı exinaseyanı dəmləmək üçün kökünü üyütdükdən sonra 1 çay qaşığı götürüb eyni miqdarda yarpaqlarından və 3 ədəd çiçəyini qarışdıraraq üzərinə 500 ml qaynar su əlavə edib 40 dəqiqə gözləyin.
Profilaktika məqsədilə ilə gündə bir stəkan, müalicə üçün gündə 3 stəkan qəbul etmək məsləhətdir.
Exinaseya yalnız daxilə deyil, həm də xaricə uğurla istifadə olunur, məsələn, herpes, bişməcələr və yanıqlarda.
Exinaseyanın faydalı təsirləri ancaq immun sistemi möhkəmləndirməklə bitmir, bitki:
Bədənin zədələnmiş toxumalarını bərpa edir
Bədəni zəhərli maddələrdən təmizləyir
Qaraciyəri neqativ təsirlərdən qoruyur
Hüceyrə səviyyəsində yaşlanmanı zəiflədir
Dırnaq, dişlər və saçları möhləmlədir