Qaçış təbiətin bizə verdiyi ən mükəmməl hərəkət növüdür. Üstəlik qaçış ən yaxşı piy yandıran vasitədir, onunla biz artıq kilolardan qısa zamanda azad ola bilərik.
Necə? Oxuyun :)
Qaçmağa başlamaq üçün ilk olaraq bunları bilməlisiniz:
- Keyfiyyətli və rahat idman ayaqqabısı seçin. Ayaqqabının pəncə və daban hissəsində yumşaq amortizasiyaedici hissə olmalıdır;
- Ayda iki dəfə qaçmaqla arıqlayacağınızı düşünürsünüzsə səhv edirsiniz, hər şeydə olduğu kimi nəticə üçün davamlılıq vacibdir;
- Sürətli deyil, asta templə uzun məsafəyə qaçmaq lazımdır. Sürətli qaçmağı ağlınızdan çıxarın, belə qaçış piyləri yandırmayacaq, belə ki, təngnəfəslik yarandığından orqanizm piy yandırma prosesini dayandırır, çünki bədən lazım olan qədər oksigen ala bilmir. Əgər nəbziniz dəqiqədə 150-dən çoxdursa tempi aşağı salın, bədənə güc salmaq lazım deyil;
- İlk iki həftə 10 dəqiqə qaçın. Əzələlər və nəfəsiniz bu ritmə öyrəşdikdən sonra vaxtı 15-20 dəqiqəyə qədər və daha çox artırın.
- Qaçışdan 2 saat əvvəl və bir saat sonra yemək yeyə bilərsiniz;
- Yeni başlayanlar həftədə 2-3 dəfədən başlamalı, tədricən 3-5 dəfəyə qədər artırmalıdırlar.
Qaçışın faydası:
- Qaçış zamanı bədənin bütün əzələləri işləyir, onların hər biri enerji sərf edərək piyləri yandırır;
- Bədənin ümumi müqavimətini möhkəmləndirir və iş qabiliyyətini yüksəldir;
- Tənəffüs və ürək-damar sisteminin sağlam olması üçün çox faydalıdır;
- Stress və gərginliyi aradan qaldırmaq üçün əla vasitədir;
- Maddələr mübadiləsini sürətləndirir;
- Bədəndəki toksinləri tər vasitəsilə çıxarır.
Kimlərə qaçmaq olmaz?
- Çox kilolu insanlara, bu halda ürək-damar sistemi və oynaqlara çox güc düşdüyündən onların fəaliyyətinə mənfi təsir göstərir. Çox kök insanlara sürətli gəzintini tövsiyyə edirik.
- Əgər siz 1-2 dəqiqə qaçdıqdan sonra ayaqlarda ağrı, təngnəfəslik yaranırsa sürətli gəzinti ilə başlayın, bu, sizin bədəninizi qaçış üçün hazırlayacaq.