Lobya kotleti

Lobya kotleti

Əti rasionundan uzaqlaşdırmaq istəyən, həmçinin vegetarianlar üçün bu gün çox faydalı və dadlı lobya kotleti reseptini təqdim edirik.
 

Tərkibi:
– 2 stəkan bişmiş iri lobya
– 0,5 stəkan xırda doğranmış ağ soğan
– 2 x.q. zeytun yağı
– 3 diş sarımsaq
– ¼ dəstə xırda doğranmış keşniş
– 2 x.q. laym şirəsi
– 2 ədəd yumurta ağı
– zövqə görə duz, istiot

Hazırlanma qaydası: soğanı rəngi dəyişənədək tavada qızardıb, zövqə görə duz və istiot əlavə edin. Bişirilmiş lobyaları blenderdən keçirin və ya qaşıqla əzin. Bu kütləni qızarmış soğanın üzərinə əlavə edin. Digər inqridientləri də əlavə edərək qarışdırın və kiçik kotlet formasına salın. Daha sonra kotletin hər hər iki tərəfini 5 dəqiqə ərzində tavada qızardın.

Süfrəyə müxtəlif tərəvəz, göyərti və ayranla verə bilərsiniz :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top