Zukkinin 9 faydası

Zukkinin 9 faydası

Əziz xanımlar, bu gün sizə həzm sisteminin işinə müsbət təsir göstərən, rahat həzm olunan, dərini gözəlləşdirən tərəvəz haqqında məlumat vermək istəyirik.

What-Foods-Are-In-Season-This-Fall

Vətəni Amerika olan bu bitki bizdə kabaçki adı ilə tanınır. 100 qr-da cəmi 24 kkal var. 94,5%-i su olan zucchini, 5,2% karbohidrat, 0,6% zülaldan  ibarətdir. Tərkibi maddələr mübadiləsində vacib rol oynayan mineral duzlarla zəngindir.

Vitamin və mineral tərkibinə diqqət yetirək: vitamin C, PP, E, karotin, B1, B2 vitamini, nikotin turşusu, fol turşusu, yağ turşuları, qida lifləri, molibden, titan, sink, aliminium, litium və digərləri.

Müxtəlif pəhrizlərdə ən çox istifadə olunan qidalardan biridir.

Dünya dietoloqları arıqlamaq istəyən, həzm sistemində problemi olan, şəkərli diabetdən əziyyət çəkənlərə bu bitkini yeməklərdə, həmçinin şirə kimi istifadə etməyi tövsiyyə edirlər. Gün ərzində zuccihini müxtəlif cür istifadə etsəniz həftədə artıq 1 kq-dan qurtula bilərsiniz :)

Ödem (şişkinlik) əleyhinə əla vasitədir.

Tərkibində kalium və natriumun müvafiq nisbəti zuccihini’nin bədəndən artıq mayeni qovmağa kömək edir. Beləliklə, siz həm də zəhərli maddələrdən bədəni təmizləmiş olacaqsınız.

kabachok

Gəlin birlikdə sağlamlığımıza faydasına baxaq:

  • Bədəndən artıq mayeni qovaraq sidikqovucu təsir göstərir;
  • Artıq kilolardan azad olmaq istəyənlər üçün əla qidadır;
  • Aterosklerozun qarşısını alır (damarlarda kirəcləşmə)
  • Mədə və bağırsağın işinə müsbət təsir göstərir (xüsusilə də yaşlı insanlarda);
  • Şəkərli diabet və yüksək arterial təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır;
  • Sinir sisteminə sakitləşdirici təsir göstərir (xüsusilə şirəsi);
  • Qaraciyər, böyrək xəstəliklərində faydalıdır;
  • İmmun sistemi möhkəmləndirir;
  • Ödqovucu təsiri var və allergiya əleyhinə faydalıdır.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top