Dəniz duzu ilə gözəlləşin!

Dəniz duzu ilə gözəlləşin!

Dəniz duzu kosmetologiyada dəri sağlamlığı və gözəlliyində istifadə olunan vacib inqridientdir. Vaxtarışı olaraq dəniz duzu vannası, skrablarından istifadə edən qadınların dərisi hamar, parlaq və sağlam olur.

Təbiətin bu hədiyyəsi sellülit, bədəndə şişkinlik (ödem), quruluq  və bir çox problemləri aradan qaldırır.

Dəniz duzu tərkibindəki minerallar (maqnezium, kalsium, dəmir və s.) sayəsində dərini qidalandırır, yerli qan dövranını yaxşılaşdırır, dərinin ümumi vəziyyətini yaxşılaşdıraraq onu  incə edir.

Bu gün sizi gözəllik mənbəyi olan dəniz duzundan istifadə qaydaları ilə tanış edəcəyik.

Dəniz duzundan vannanın hazırlanması üçün sizə 500 qr dəniz duzu lazım olacaq, siz bu məhsulu apteklər və kosmetik dükanlardan ala bilərsiniz. Qiyməti isə hər kəs üçün münasibdir, 0,80-1,20 AZN arasında dəyişir. Duzlu vannada 20 dəqiqə qalmaq kifayətdir.

Sea-Salt-Bath

Duz skrabları:

  • Bal və duz qarışığı sellülit, nahamarlıq, quru dəri və problemli nahiyələr üçün mükəmməl vasitədir. Həftədə 2-3 dəfə bu skrabdan istifadə edin və nəticəni özün görəcəksiniz;
  • Dəniz duzu ilə bir xörək qaşığı zeytun yağı, bir neçə damcı efir yağını (sitrus bitkilərindən olan efir yağları daha məsləhətdir) qarışdıraraq problemli nahiyələri yüngül şəkildə massaj edin, 15 dəqiqə gözlədikdən sonra ilıq duş alın.

Arzu Nəcəfova

One thought on “Dəniz duzu ilə gözəlləşin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top