Sağlam həyatın 10 qaydası

Sağlam həyatın 10 qaydası

 

  1. Sağlamlığınızla birbaşa əlaqəli yuxu sizə sərf etdiyiniz enerjinin bərpa edilməsində və gün ərzində maksimum enerji ilə çalışmağınız üçün çox vacibdir. Razılaşın ki, yuxunuzu tam alanda özünüzü gümrah hiss edirsiniz;
  2. Bütün gün ərzində yüksək əhvalda qalmağınız üçün fiziki məşqlərin rolu əvəzsizdir, bir dəfə sınaqdan keçirin və nəticəni görün :) Səhər gimnastik hərəkətlər, Yoqa, fitness (oyandıqdan 1-2 saat sonra) sizin enerji mənbəyiniz olacaq;
  3. Növbəti günün planını əvvəlki gündən qurun, bu, sizə “bu gün nə edəcəkdim görəsən, unutdum?!” kimi problemlərdən uzaq tutacaq, həmçinin həyatınıza qarşı daha məsuliyyətli olmağı, zamanın qədrini bilməyi, vaxtınızı səmərəli bölməyi öyrədəcək;
  4. Həyatınızda hər şey istədiyiniz kimi getmirsə bu, əksər halda sizin xarakterinizlə bağlıdır. Xarakteri isə vərdişlər formalaşdırır, deməli, vərdişləri dəyişmək vaxtıdır. Özünüzü bir anda dəyişmək alınmayacaq, lakin kiçik addımlar böyük uğura gedən yoldur, bunu unutmayın;
  5. Sağlam qidalanma olmadan sağlamlıq haqqında düşünməyin mənası yoxdur. Zərərli qidaları tədricən süfrənizdən, həyatınızdan uzaqlaşdırın, bir dəfə də istədiyinizi deyil, doğru olanı edin, sizə illərlə qulluq edən orqanlarınızı düşünün, axı onlar yazıqdırlar;

Yadınızda saxlayın: “İnsan – nə yeyirsə, odur”.

3yoga

  1. Artıq çəkidən azad olun. Bunun üçün siz yalnız sağlam qidalanmalı deyil, həm də idmanla məşğul olmalısınız. Saytımızın “Necə arıqlayaq?” “Hərəkətdə Ol!”, “Sağlam mətbəx” bölmələri bu işdə köməyinizə gələcək;
  2. Sizə tez arıqlamağa kömək edəcək insanlara, vasitələrə və reklamlara inanmayın. Çünki siz axşam incə yatıb, səhər kök biri kimi oyanmamısınız, ona görə də bu vaxt tələb edir. Buna yalnız öz üzərinizdə ciddi və vaxtaşırı çalışmaqla nail olmaq ola bilərsiniz;
  3. Sağlamlığınızı bərpa etmək üçün qarşınıza kiçik məqsədlər qoyun və onlar üçün son gün elan edin, məsələn avqust ayının 23-də mən “bu.. bu.. bu…” məqsədlərə nail olacam. Özünüzə hesabat vermək bacarığı özünüzü nə qədər aldatdığınızı sizə əyani şəkildə göstərəcək;
  4. Həyatınızdakı uğursuzluqlara fikrinizi yönəltməyin, çünki bu, sizi növbəti uğursuzluqlara aparacaq. İstədiyiniz və arzu etdiklərinizi düşünün, uğursuzluqlar hər zaman olub, olacaq, lakin inadkar olmağınız sonda sizi qalib edəcək. Uğur qazanmaq üçün məqsədin olması və hər gün üçün qurduğunuz rejimə əməl etməyiniz çox vacibdir;
  5. Optimist olun. Bu işdə sizə özünütəlqin və uğura konsentrasiya kömək edəcək. Siz hər gün güzgü qarşısına keçib “Məndə hər şey alınır!” deyə biləcək gücə maliksiniz.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top