Bir neçə dəqiqəyə bədəninizi möhkəm edəcək hərəkət!

Bir neçə dəqiqəyə bədəninizi möhkəm edəcək hərəkət!

Şəkildə gördüyünüz hərəkətlər Xatxa Yoqa‘nın sağlam və xəstə insanlar üçün nəzərdə tutduğu gündəlik fiziki hərəkətlərdir. Çox asan və cəmi bir neçə dəqiqə vaxtınızı alacaq  bu hərəkətləri hər gün etsəniz faydasını tez bir zamanda görəcəksiniz.

Hərəkət № 1 “Suşumna nari şaktivardxak”

Faydası:
• ayaqlarda qan dövranını yaxşılaşdırır;
• sinir sisteminə müsbət təsir göstərir;
• bel-oma radikuliti və bel ağrılarını aradan qaldırır;
• qaməti düzəldir;
• baldır əzələlərində yaranan qıcolmaların qarşısını alır;
• fiziki dözümlülüyü artırır.

Başlanğıc vəziyyət: yuxudan oyanan kimi yataqdan durmadan əvvəl beli üstə uzanın, başınızın altından yastığı götürün, ayaqları bir yerdə qoyun, əlləri ovuclar aşağı olmaqla bədənin yanında saxlayın, əzələlərinizi boşaldın, düz önünüzə baxın.


Hərəkətin texnikası: sol ayağın pəncəsini dabanı yerdən ayırmadan özünüzə tərəf dartın və bu vəziyyətdə 5 saniyə qalın, daha sonra pəncəni əvvəlki vəziyyətə qaytarıb rahatladın. Eyni hərəkəti sağ pəncə, daha sonra hər iki pəncə ilə edin, yenə də 5 saniyə gözləyin və hər iki ayağınızı rahatladın. Suşumna nari şaktivardxak-ı hər pəncə və hər iki pəncə üçün bir dəfə olmaqla 5 dəfə təkrar edin.  


Hərəkət zamanı nəfəs ancaq burunladır, diqqətiniz isə büzdümə yönəlmiş olmalıdır.

Qeyd: əgər yuxulusunuzsa və tez oyanmaq istəyirsinizsə, hərəkəti gözlərinizi geniş açaraq edin.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top