Çaysız bir günümüz də olmur, çay hər birimizin sevimli içkisidir. Bu gün sizə hər gün içdiyimiz çaylardan fərqli olan xüsusi dada malik, həmçinin faydalı bitki çaylarından reseptlər paylaşmaq istəyirəm. ?
Çobanyastığı ilə nanəli çay
Bir çay qaşığı çobanyastığı çiçəkləri, bir neçə nanə yarpağı bir stəkan qaynar suyun üzərinə əlavə edilir. 20 dəqiqə dəmləndikdən sonra çay hazırdır. Yayda bu çay sadəcə soyuducuda saxlandıqdan sonra susuzluq əleyhinə çox gözəl vasitədir.
Faydası:
- Stress əleyhinə gözəl vasitədir;
- Mədə-bağırsaq, həzm sistemi problemlərini aradan qaldırır;
- Soyuqlama, qrip əleyhinə çox effektivdir;
- Mədə yanğısını və ürəkbulanmanı aradan götürür;
- Nəfəsi təravətləndirir;
- Ağrıkəsici təsiri var.
Kəklikotulu çay reseptləri
- Bərabər miqdarda iriyarpaqlı, keyfiyyətli qara çay və kəklikotu götürülür, adi qaydada dəmlənilir;
- Eyni miqdarda yaşıl çay (adi), kəklikotu götürülür və dəmlənilir;
- On hissə qara çay, iki hissə nanə, bir hissə kəklikotu və bir hissə pişikotu götürülür və adi qaydada dəmlənilir.
Faydası: öskürək əleyhinə əla vasitədir, həzmi yaxşılaşdırır, enerji verir, uzun müddətli xəstəliklərdən sonra bədənin bərpa edilməsi üçün əla vasitədir.
Mixəkli çay reseptləri (qərənfilli)
- Keyfiyyətli qara çaya 2-3 ədəd mixək qatmaqla adi şəkildə dəmləyin;
- Südlü ədviyyatlı çay: yarım litr süd götürülür, 3 çay qaşığı qara çay, 2 ədəd mixək, kiçik hissə imbir. Qərənfil və imbir kökü xırda hissəciklərə bölünür və suya töküb qaynayana qədər gözləyirik. Qaynadıqdan sonra üzərinə qara çay töküb 5 dəqiqə gözləyirik. Bir qədər soyutduqdan sonra qaynar südlə qarışdırırıq və çay hazırdır.
Faydası: mixək tənəffüs yolları, nəfəsin təravətli olması, diş ağrısı, qripp və soyuqlamaya qarşı, qaraciyər və həzm sistemi, o cümlədən qan dövranını yaxşılaşdıran çox faydalı bir ədviyyatdır. Çaya və yeməklərə çox gözəl ətir və dad verir.
Diqqət! Çay və otları dəmlədikdə bir vacib məqama diqqət yetirin, suyu çayın üzərinə deyil, çayı suyun üzərinə tökmək lazımdır. Belə etdikdə çay və otlar özündə olan bütün faydalı xüsusiyyətləri saxlayır, dadı isə xüsusilə fərqlənir.