Skrab seçərkən nələrə diqqət etməli?

Skrab seçərkən nələrə diqqət etməli?

Dərini təravətli, təmiz və parlaq saxlamağın üsullarından biri, həm də ən vacibi skrablardır. Həm bədən, həm üz dərisi üçün skrablar var. Əgər siz dərinizə uyğun  skrabı düzgün seçə bilsəniz, onda möcüzəyə hazır olun :)

Skrab dəriyə necə təsir edir?

Skrab ilk növbədə dərini ölmüş hüceyrələrdən təmizləyir. Xanımlar ən çox dərilərinin xəstə görünüşü, boğunuq-bozumtul görünməyi, təravətli olmamasından şikayətlənirlər, buna səbəb isə məhz  dərinin üzərində yığılıb qalan ölmüş hüceyrələrdir. Vaxtaşırı skrabdan istifadə edərək siz bozumtul rəngi çəhrayı, hamar, sağlam və parlaq dəri ilə əvəz edə biləcəksiniz. Bundan əlavə, dəri skrabdan sonra artıq  təmizləndiyi üçün istənilən kosmetik prosedurların təsiri daha effektiv olacaq. Həmçinin, xanımlar skrab istifadə etdikdən sonra gündəlik elədiyi makiyaj əvvəlkindən çox daha yaxşı oturacaq.

Lakin bütün kosmetik vasitələrdə seçimi düzgün etmək lazımdır, bu, həmçinin skrablara aiddir. Belə ki, skrabların əksəriyyətinin tərkibində süni boyalar, ətirlər və kimyəvi maddələr mövcuddur. Xoşbəxtlikdən mağazalarda tərkibində düyü, badam, şəkər və s. olan və dərinizə xeyir verəcək məhsullar da var.

Üz skrabını necə seçməli?

skrab-dlja-normalnoj-kozhi-lica

– Zərif pilinq effektli, şəkər, jojoba toxumu, düyü qırıntıları və ya badam unu tərkibli skrablar;

– Tərkibində bal və yulaf olan skrablar- bunlar tonusu aşağı olan dərinin tonusunu bərpa edir;

– Tərkibində  xırdalanmış üzüm toxumu olan skrablar – onlar yağlı, tez-tez sızanaq əmələ gələn dərinin daha yaxşı təmizlənməsinə və antioksidantla zənginləşməsinə kömək edir.

Diqqət! Tərkibində şaftalı tumu, dəniz duzu, qoz qabığı olan skrablar üz dərisi üçün yararlı deyil. Belə tərkiblər üz dərisi üçün həddindən artıq kobuddur və dərinin travma almasına səbəb olur.

Ekspert məsləhətləri

Əksər skrabların tərkibində efir yağları mövcuddur, hər birinin özünə məxsus iyi və təsir gücü var. Məsələn, ətirşah yağı dərini tonuslandırır, çobanyastığı həssas dərini sakitləşdirir, bağayarpağı sızanaqların əmələ gəlməsinin qarşısını alır, limon təravət və enerji verir. Belə skrabları üzə çəkərkən yağın tamamilə dəriyə hopması üçün ən azı 5 dəqiqə saxlamaq lazımdır. Həddən artıq həssas və ya sızanağa meylli dərisi olanlar skrablardan çox ehtiyatla istifadə etməlidirlər, o cümlədən bu günəşdə yanmış dəriyə də aiddir. Çünki dəridə daha çox sızanaq əmələ gələ və dəri daha da həssaslaşa bilər. Mütəxəssislər skrabı dəriyə möhkəm sürtməyi deyil, barmaqla yavaşca hərəkət etdirməyi tövsiyyə edirlər. Əgər xoşagəlməz hiss yaranarsa dərhal skrabı üzünüzdən yuyun. Skrabdan həftədə 1 dəfə istifadə etmək kifayətdir.

Bədən skrabını necə seçməli?

Tərkibində  iri dəniz duzu, kofe toxumu, bambuk, şəkər tozu, xırdalanmış fındıq, xırdalanmış qarğıdalı olan skrablar bədən üçün daha uyğundur.

telo

 Bədən skrabından istifadə qaydası: təxminən iki xörək qaşığı skrabı götürün və ayaqlarınızdan başlayaraq yuxarıya doğru dairəvi hərəkətlərlə massaj edərək dərinizə çəkin. Skrabın istifadəsindən əvvəl yaxşıca yuyunmaq lazımdır. Skrab istifadəsi zamanı bədəndə qızartılardan başqa, tərkibində olan ətirli yağlar ürəkbulanma və baş ağrısı verə bilər. Tərkibində lavanda, nanə, sitrus və reyhan yağı olan skrabları seçin. Bu yağlar xoşagəlməz hallara yol açmır.

Diqqət!: çox həssas və yenicə epilyasiya etmiş dəriyə skrab istifadəsi məsləhət deyil.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top