Çiy qidalanma ilə xəstəliklərdən uzaq olaq!

Çiy qidalanma ilə xəstəliklərdən uzaq olaq!

Çiy qidalanma son illər haqqında çox danışılan qidalanma növlərindən biridir. Bu qidalanma tərzi  çoxlarının düşündüyü kimi necə gəldi tərəvəz və meyvə yeməkdən ibarət deyil, bu, bir elmdir və qidalanma haqqında anlayışı olmayan, bədənini tanımayan insanlar birbaşa çiy qidalanmaya keçməklə özlərinə böyük ziyan vura bilərlər.

Çiy qidalanma nədir?

Biz illərlə hər gün səhər, günorta, axşam, hətta gecə belə bişmiş yeməklər yeyirik. Bildiyimiz kimi, yüksək temperaturda hazırlanan qidaların tərkibində vitamin və faydalı maddələr demək olar ki, yarıya qədər məhv olur. Qidalardan təbiətin bizə verdiyi şəkildə istifadə etdikdə daha çox faydasını almış oluruq (əlbəttə ki, həmişə və hər qida ilə deyil). Buxarda bişirilən, qızardılan bütün qidaların tərkibində lazımi faydalı maddələrin yarısı belə qalmır, üstəlik bişirilmə zamanı biz bədənimizi konserogen maddələrlə zəhərləmiş oluruq.

 Çiy qidalanma həyat tərzi kimi

Çiy qidalanmanı həyat tərzi kimi seçən insanlar ancaq çiy qidalardan hazırlanan salat, sup, desertlərdən istifadə edirlər. Onlar üçün bu, pəhriz deyil, çiy qidalanan insanlar təbiətdən gələn və bişirilməyə məruz qalmayan qidaları “canlı qida” adlandırırlar.

Onu da qeyd edək ki, bu, çətin, mübahisəli və heç də bütün mütəxəssislər tərəfindən tövsiyyə olunmayan qidalanma tərzidir.

raw-food-diet 

Çiy qidalanma DETOKS kimi

Vaxtaşırı olaraq çiy qidalanmanı həyatımıza tətbiq etmək sağlamlıq üçün çox faydalıdır. Siz günlük, həftəlik və ya aylıq olaraq çiy qidalanma tərzinə keçərək bir çox xroniki xəstəliklər və narahatlıqlardan qurtula bilərsiniz.

Məsələn:

Artıq kilolardan azad ola bilərsiniz

Çiy qidalanma sağlam şəkildə ayda 5-7 kq artıq kilolardan azad olmağa kömək edir.

 Bağırsağın işi yaxşılaşır

İllərlə qəbizlik və babasil (hemorroy) kimi bağırsaq problemlərindən əziyyət çəkən insanlar çiy qidaların tərkibindəki liflər sayəsində bağırsağın işini normallaşdıra bilirlər. Çiy qidalar bağırsaqda zərərli mikrobların çoxalmasına şərait yaratmır və sağlam bağırsaq mühitinin yaranmasına çox müsbət təsir göstərir. Sağlam bağırsaqlar isə artıq özlüyündə sağlam bədən deməkdir.

Dəri və böyrək xəstəlikləri su mübadiləsi düzəldiyindən aradan qalxır.

Virus, göbələk xəstəlikləri

Çiy qidalanan insanlar nadir halda qrip və müxtəlif virus xəstəliklərinə tutulurlar.

Yüksək arterial təzyiqi olan insanların rasionunda duz azaldığından xəstəlik çox yüngülləşir.

dsc_0383

Dişlər və damaqlar çiy yemə zamanı möhkəmlənir. Maraqlı həm də odur ki, çiy qidalanan insanlarda ağız qoxusu demək olar ki, aradan qalxır.

Dad hissiyatı güclənir

Bircə həftə çiy qidalanan insanlarda dad hissiyatının dəyişməsi baş verir. Belə ki, onlar sanki qidanı yenidən kəşf etmiş olurlar. Yarımfabrikatlar, qızardılmış yeməklər artıq insana qeyri-təbii, çox duzlu, yağlı və ağır gəlir.

Çiy qidalandığımız zaman bütün meyvə-tərəvəz, qoz, fındıq kimi qidaların öz təbii dad və təravətini kəşf etməyə başlayırıq.

Qida limiti yoxdur

Çiy qidalanmanın daha bir üstünlüyü odur ki, digər pəhrizlərdəki kimi kaloriləri saymağa ehtiyac yoxdur, istədiyiniz qədər yeyə bilərsiniz.

Faydaları əlbəttə ki, bununla bitmir. Mövzunu gələcək günlərdə davam edəcəyik :)

Chocolate-Strawberry Truffle Pie

 Çiy qadalanmaya necə keçmək olar?

İlk olaraq, siz qeyri-sağlam qidalanma tərzinə əlvida deməli və heç olmasa bir həftə və ya bir aylıq ancaq çiy qidalarla qidalanmalısınız. Bundan başqa, hər gün daha çox çiy qidalarla qidalanaraq bədəninizi bu qidalanmaya öyrəşdirəcəksiniz. Əgər siz çiy qidalanmanı ancaq çiy pomidor, xiyar və meyvə yeməklə təsəvvür edirsinizsə yanılırsınız. Çiy qidalarla çox dadlı salatlar, suplar, kekslər, hətta tortlar belə hazırlamaq mümkündür. Yaxın günlərdə sizinlə çiy qidalardan dadlı reseptlər paylaşacağıq :)

Əlbəttə ki, fərdi xüsusiyyətlərdən asılı olaraq hər kəs çiy qidalanmaya keçə bilmir. Lakin yoxlamağa həmişə dəyər. Dünyada hər gün daha çox insan bu qidalanma tərzi ilə sağlamlığına qovuşur.

Qeyd! Həkimlərin rəyinə gəlincə isə onlar birbaşa çiy qidalanma tərzinə qarşıdırlar, mütəxəssislər qidalanmanın 60%-nin çiy və 40%-nin bişmiş olmasının tərəfdarıdırlar.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top