Şəhərimizdə son zamanlar sürətlə dəb almağa başlamış velosiped sürmək bir çoxları üçün həzz mənbəyi və hobbiyə çevrilmişdir. Yəgin ki, velosiped sevərlər onun faydalarını bilsələr bu idman növünü daha da sevmiş olacaqlar :)
Əbəs yerə deyil ki, sorğu nəticəsində velosiped dünyanın ən yaxşı kəşflərindən biri sayılır.
Velosiped sürməklə biz sağlamlığımız üçün nələri etmiş oluruq, baxaq:
1.Velosiped sürərkən demək olar ki, bədənimizin bütün sistemləri işləyir, qan-damar, tənəffüs sistemi, əzələlər və s;
2.Velosiped fiziki dözümlülüyü artırır və sinir sisteminin vəziyyətini yaxşılaşdıraraq insanın psixoloji vəziyyətinə çox müsbət təsir göstərir;
3.Digər idman növlərindən fərqli olaraq velosiped sürərkən insan böyük həzz alır, əhvalı yüksəlir;
4. Qol, ayaq, bel və qarın əzələləri möhkəmlənir;
5. Velosiped bizi artıq kilolardan azad edir. Məhz buna görə bütün günü kompüter qarşısında keçən ofis işçiləri üçün bu, ideal idman növüdür. Gündə bir saat velosiped sürərək siz cəmi bir həftədən sonra artıq piylərdən qurtulmağa başlayacaqsınız : )
6. Velosiped sürmək həm qadın, həm də kişilərdə kiçik çanaq nahiyəsində qan dövranını yaxşılaşdırır, bu isə həmin nahiyədə yerləşən orqanların sağlam olması deməkdir;
7. Daxili sekresiya vəzilərinin işini yaxşılaşdırdığından cinsi həyatın keyfiyyəti artmış olur;
8. Araşdırmalar göstərir ki, hamiləlikdən əvvəl velosiped sürən qadınlar doğuşu çox daha rahat keçirir və uşaqları dünyaya sağlam gəlir :)
9. Ürək-damar xəstəliklərinin qarşısını almaq, həmçinin bu xəstəliyə artıq tutulmuş insanlar üçün velosiped dərmandır :)
10.Oynaqların uzun müddət sağlam qalmasına kömək edir.
Diqqət! Ciddi ürək, beyin və oynaq xəstəliklərindən əziyyət çəkən insanlar velosiped sürməyə başlamamışdan əvvəl həkimlə məsləhətləşməlidirlər.
Ümid edirik ki, bütün bunları bildikdən sonra siz həftəsonunu televizor qarşısında deyil, velosiped sürərək keçirəcəksiniz :)