Askaridoz-qurd xəstəliyinin bitkilərlə müalicəsi

Askaridoz-qurd xəstəliyinin bitkilərlə müalicəsi

Askaridoz – askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir. Yoluxma qurdun yumurtaları ilə baş verir.

Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər.

Onu da qeyd edək ki, askaridozun ağırlıq dərəcəsi bağırsaqlarda inkişaf edən askarid fərdlərinin çoxluğu ilə əlaqədardır. Çünki qurdlar öz həyat fəaliyyəti dövründə külli miqdarda ifrazat məhsulları əmələ gətirir. Bunlar da bağırsaqlardan sorularaq orqanizmə toksiki təsir göstərir və xəstəliyin əlamətlərin formalaşdırır. Nə qədər çox toksiki maddə sorulursa, xəstəliyin gedişi də bir o qədər ağır olur.

Askaridoza diaqnoz qoymağın yeganə yolu nəcisin qurd yumurtalarına müayinəsidir.

Qurdlara qarşı bitki dəmləmələri

– Bərabər miqdarda qızılçətir otu, dağtərxunu çiçəklərizirə toxumları qarışdırılır. Qarışıqdan bir xörək qaşığı bir stəkan qaynar suda bir saat dəmlənir. Gündə 3-4 dəfə bir xörək qaşığından daxilə qəbul edilir. Askaridozda yaxşı nəticə verir.

– Bərabər miqdarda acı yovşan otuqızılçətir otu qarışdırılır, yığıntıdan bir xörək qaşığı bir stəkan qaynar suya əlavə olunur və vam odda 20 dəqiqə qaynadılır. 8 gün müddətində gündə iki dəfə – səhər acqarına və axşam yatmazdan qabaq bir stəkan qəbul edilir. Daha sonra eyni miqdarda götürülmüş andız kökləri, qaragilə meyvələridağtərxunu çiçəkləri qarşıdırılır, bir stəkan qaynar suya bir xörək qaşığı yığınyı hesabı ilə dəmləmə hazırlanır. Dəmləmə 5 xörək qaşığından qəbul edilir.

– Hərəsindən 20 qr olmaqla aptek çobanyastığı çiçəkləri, istiotlu nanə yarpaqları, adi dağtərxunu çiçəkləri, kövrək murdarça qabıqları, acı yovşan otupişikotu kökləri, 30 qr yerkökü toxumları qarışdırılır. Alınan yığıntıdan 2 xörək qaşığı bir stəkan qaynar suda çay kimi dəmlənir və gündə iki dəfə, hər dəfə bir stəkan daxilə qəbul edilir. Üç gün ərzində aparılan müalicə askaridlərə və soliterə qarşı effektlidir.

Sarımsaqla imalə qaydaları

Чеснок на деревянном столе

 

– Bizquyruq qurdla yoluxma zamanı sarımsaqlı imalə effektli olur. Hazırlamaq üçün 5-8 diş sarımsaq əzilir və bir stəkan ilıq su ilə qarışdırılır. Süzüldükdən sonra alınan məhlulla imalə edilir.

– Böyük diş sarımsaq bir stəkan süddə yumşalanadək bişirilir. Süd süzülür və alınan məhlul axşam yatmazdan qabaq imalə edilir. Böyüklərə bir stəkan, uşaqlara isə yaşından asılı olaraq 70-100 ml həcmində məhlul bağırsaqlara yeridilir və bir gecə müddətində saxlanılır. Bu prosedur bir həftə müddətində təkrar edilir.

Balqabaq toxumları ilə müalicə

– Balqabaq toxumları hətta lentşəkilli qurdların müalicəsində də istifadə olunur. 300 qr təzə və ya qurudulmuş balqabaq toxumları qabıqdan təmizlənir, üzərindəki nazik yaşıl pərdə isə mütləq saxlanılır. Yaxşı-yaxşı əzdikdən sonra 50-60 ml su hissə-hissə əlavə olunur. Alınan kütlənin dadını yaxşılaşdırmaq üçün bir çay qaşığı bal və ya mürəbbə əlavə olunur. Xəstə acqarına bir saat ərzində qaşıq-qaşıq bütün kütləni qəbul edir. 3 saatdan sonra maqnezium-sulfat məhlulu qəbul etmək, daha 30 dəqiqə keçdikdən sonra isə imalə etmək məsləhət görülür.

Nar qabıqları ilə müalicə

– Bir ədəd narın qabıqları xırdalanır və bir stəkan suda bişirilir. Alınan bişirmə süzüldükdən aonra 1,5 saat ərzində 3 dəfəyə içilir. Bu müddət ərzində qida qəbul olunmur. 3-4 saatdan sonra isə işlədici qəbul edilir.

Baş soğan qurdları qovur

Böyüklər üçün: şüşə qaba ağzına qədər doğranmış soğan və yarısına qədər 40 faizli spirt tökülür. 10 sutka ərzində saxlanılır. Gündə 2 dəfə 1-2 xörək qaşığından daxilə qəbul edir.

Uşaqlar üçün: orta ölçülü bir baş soğan xırda doğranır və bir stəkan qaynar suda 12 saat ərzində saxlanılır. 3-4 gün ərzində gündə 70-100 ml miqdarında qəbul edilir.

Yetişməmiş qozla müalicə

– 4 xörək qaşığı xırdalanmış yetişməmiş yaşıl qoz bir stəkan azca duzlanmış qaynar suda yarım saat dəmlənir. Süzüldükdən sonra alınan dəmləmə gün ərzində içilir. Həmin gün ərzində işlədici vasitə də qəbul edilir.

Dr. Elnur Rəhimov

Arzu Nəcəfova

3 thoughts on “Askaridoz-qurd xəstəliyinin bitkilərlə müalicəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top