Rinit (zökəm) – burun boşluğu selikli qişasının iltihabıdır. Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur.
Bunlardan əlavə, digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür.
Xalq təbabəti allergik rinitin müalicəsi üçün bəzi fitoterapiya üsulları təklif edir:
- 4 xörək qaşığı dazıotu otu, 5 xörək qaşığı qızılçətir otu, 3 xörək qaşığı zəncirotu kökü, 1 xörək qaşığı qarğıdalı saçağı, 2 xörək qaşığı çöl qatırquyruğu otu və 4 xörək qaşığı itburnu meyvəsi. Bunlardan itburnu və zəncirotu kökü ət maşınından keçirilib ümumi yığıntı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə qaynadılmış su əlavə edilib 12 saat saxlanılır. Daha sonra odun üzərində qaynadılır və 4 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 1/3 stəkan 3 dəfə daxilə qəbul edilir. Qalan məhlul soyuducuda saxlanılır. Müalicə kursu 6 aydır. Müalicə müddətində spirtli məhsullar qəbul etmək olmaz!
- Dəvədabanı bitkisinin qurudulmuş qönçələri toz halına salınır. 12 qr tozun üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Gündə 3 dəfə bir neçə gün müddətinə daxilə qəbul edilir. Bitkinin təsir effektini gücləndirmək üçün üzərinə toz halına salınmış ərik tumu da əlavə etmək olar.
- 15 qr şirin biyan kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
- 1:1 nisbətində götürülmüş itburnu meyvəsi və zəncirotu kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
- 20 qr xırdalanmış çöl qatırquyruğu otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.
- 20 qr xırdalanmış dəmrovotunun üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə qaynadılır. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
- 10 qr istiotlu nanə yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
- Bərabər miqdarda üçbölümlü yatıqqanqal otu və üçrəng bənövşə otu qarışdırılıb xammalı adi çay şəklində dəmləyib içirlər.
- Bostan kərəvizi sıxılıb şirəsi çıxarılır və gündə 3 dəfə 1/2 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
- Allergik prosesin daha da kəskinləşdiyi vaxtlarda gündə 4-5 dəfə 2 həb aktivləşdirilmiş kömür qəbul edilir. Reaksiyaların söndüyü ərəfədə dozanı azaldıb gündə 1 həb 3 dəfə qəbul etmək olar. Fitoterapevt Dr. Elnur Rəhimov
Salam doktur. Cox xahish edirem komek edin. Qizim 8 yashindadi allergiyasi var. Neche vaxt idi yaxshi idi. 2-gundur gul iyleyib tutub. Cox eziyyet cekir. Neyniyim?
Salam, Xatuna xanım. Gec cavab üçün üzrlü sayın, bu linkə keçib doktora sualınızı birbaşa verə bilərsiniz. https://www.facebook.com/fitoterapevt.az/?ref=br_rs
Salam doktor oqlum allergik rinitdən əziyyət çəkir. Bütün qış boyu oskureyini kəsə bilmirik. İnqalasiya və bir çox allergik dərmanların heç bir xeyri yoxdu. Sizdən ricam bizə bir təbii müalicə məsləhəti vermeyinizdir
Salam, Günay xanım. Zəhmət olmasa, bu linkə keçin, doktora sualınızı birbaşa verə bilərsiniz. https://www.facebook.com/fitoterapevt.az/?ref=br_rs