Havalar soyuduqca küçələrdə insanların sayı azalır, ancaq diqqət etsəniz bu soyuq havada belə qaçan və gəzən xariciləri həmişə görürük.
Məhz buna görə də bu gün sizinlə təmiz havada olmağın psixologiyamız və bədənimizə göstərdiyi təsirlərdən danışmaq istəyirəm.
✔️ Təmiz havada gəzinti əhvalınızı sözün əsl mənasında yüksəldəcək.
✔️ Gərginliyiniz, yorğunluğunuz aradan qalxacaq.
✔️ Yuxu rejiminiz ? normallaşacaq.
✔️ Qrip və digər xəstəliklərə qarşı daha dözümlü olacaqsınız.
✔️ Ürək, beyin və qan dövranınız çox daha yaxşı işləməyə başlayacaq.
✔️ Ağlınıza əla ideyalar gələcək, hətta həll edə bilmədiyiniz problemlər üçün çıxış yolu belə tapa biləcəksiniz.
✔️ Motivasızlıqdan əziyyət çəkirsinizsə, motivasiyanızın belə necə yüksəldiyini hiss edəcəksiniz.
Bunu sizə öz təcrübəmdən deyirəm. ?
Mən özüm yaydan çox belə havada gəzməyə üstünlük verirəm, çünki hava çox daha təmiz olur və yarım saat gəzinti belə bəs edir ki, özünə gələsən. Odur ki, fürsətdən yararlanıb qalın geyinib təmiz havaya çıxın.
?️ Özünüzdə hər gün heç olmasa 1 saat təmiz havada olmaq vərdişini yaratsanız çox qısa zamanda özünüzdəki dəyişikliyi görəcəksiniz.
Gündəlik qayğılarımız, iş, ailə, problemlər əlindən sağlamlığımız üçün vacib olan hava almağı unutmayaq.