Qrip, öskürək kimi xəstəliklərin yayıldığı bu fəsildə ilk növbədə immun sistemi möhkəmləndirmək lazımdır. İmmun sisteminiz möhkəm olarsa, heç bir xəstəlik sizə qalib gələ bilməz.
Bunun üçün sizi EXİNASEYA bitkisi ilə tanış etmək istəyirəm. Virusların düşməni exinaseya qrip, herpes, angina və bağırsaq infeksiyaları əleyhinə çox effektivdir. Exinaseya bədənə daxil olan mikrobların çoxalmasının qarşısını alır.
Qrip, soyuqdəymə zamanı exinaseyanı dəmləmək üçün kökünü üyütdükdən sonra 1 çay qaşığı götürüb eyni miqdarda yarpaqlarından və 3 ədəd çiçəyini qarışdıraraq üzərinə 500 ml qaynar su əlavə edib 40 dəqiqə gözləyin.
Profilaktika məqsədilə ilə gündə bir stəkan, müalicə üçün gündə 3 stəkan qəbul etmək məsləhətdir.
Exinaseya yalnız daxilə deyil, həm də xaricə uğurla istifadə olunur, məsələn, herpes, bişməcələr və yanıqlarda.
Diqqət! İki yaşına qədər uşaqlara və hamilə qadınlara bitkinin qəbulu qadağandır. Ağır vəziyyətdə olan angina zamanı qəbulu məsləhət deyil.