Su ilə həm arıqlayın, həm sağlam olun!

Su ilə həm arıqlayın, həm sağlam olun!

Son zamanlar su içməyin sağlamlığımız üçün nə qədər vacib olduğunu tez-tez eşidirik.  Bəs suyun faydaları nədir? Onlarla tanış olaq.
– Bədənin 75-80% -i sudan ibarətdir və bədənimizdəki bütün həyati vacib proseslər suda gedir;
– Bədəni toksinlərdən (zəhərli maddələrdən) təmizləyir, nəzərə alın ki, biz yediklərimizin tərkibinə diqqət etmirik və onlar zərərli maddələrlə doludur;
– Böyrək daşlarının yaranmasının qarşısını alır;
– İştahı azaldır;
– Dərini qırışlardan və civzələrdən azad edir;
– Dərini cavan və təravətli saxlayır;
– Həzm sisteminin işini yaxşılaşdırır;
– Qəbizliyi aradan qaldırır;
– Artıq kilolardan azad edir;
– Beynin daha yaxşı işləməsinə səbəb olur.  

Bəs gün ərzində nə qədər su içmək lazımdır? 

Gün ərzində 2-3 litr arası su içmək məsləhət görülür. Fəsildən asılı olaraq bu rəqəm dəyişə bilir, belə ki, yayda bədənimiz daha çox maye itirdiyindən daha çox su tələb edir.

Qeyd: Gündəlik içilməli olan suya qazlı və rəngli sular, gündəlik yediyimiz sulu xörəklər, çay, kofe, kompot və şirələr daxil deyil.

 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top