Suyu düzgün içməyin qaydaları

Suyu düzgün içməyin qaydaları

Suyu necə içək ki, bizə zərər yox fayda versin?

– Səhəri su ilə açın, səhər yeməyi yeməmişdən əvvəl iki stəkan qaynar su için (ağzı yandırmamaq şərtilə). İsti su mədə-bağırsaq yollarını təmizləyərək həzm sistemini qidalanmağa hazırlayır;
– Suyu yeməkdən azı 15 dəqiqə əvvəl, yeməkdən sonra isə 1,5-2 saat sonra içə bilərsiniz;
– Yeməklə su içmək məsləhət deyil,  bu, həzm prosesini tamamilə pozur və kökəlməyə gətirib çıxarır;  


– Suyu böyük qurtumlarla birbaşa içmək olmaz, hər on dəqiqədən bir iki-üç qurtum içmək kifayətdir. Bunun üçün yanınızda həmişə dolu su stəkanı və ya su şüşəsi saxlayın; 


– Axşam saatlarında çox su içməməyə çalışın, əks təqdirdə səhər üzünüzdə, bədəninizdə ödem (şişkinliklər) olacaq;  


– Su içməyə hələ öyrəşməmisinizsə, onda müxtəlif meyvə və tərəvəzlərdən dadlı sular hazırlayıb içə bilərsiniz
;


– Su içməyə birbaşa 2 litrdən başlamaq olmaz, gün ərzində 3-4 stəkandan başlayıb, hər həftə bir stəkan artırmaqla, 10-12 stəkana qədər çatdırmaq lazımdır; 


– Gündəlik içdiyiniz sup, meyvə şirəsi, qazlı sular, çay, kofe bu suyun gündəlik lazımi miqdarına daxil deyil;


– İlk günlərdə su içməyi unuda və ya bu sizə cansıxıcı gələ bilər, lakin vərdiş halına saldıqdan sonra bədəniniz özü su tələb edəcək. 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top