Möcüzəvi DETOKS

Möcüzəvi DETOKS

Detoks nədir?  
Detoks-son illərin sağlamlıqla bağlı eşitdiyimiz ən dəbli sözüdür desək yanılmarıq. Buna da əsas var.

“Detoks” sözünün qısa izahı: bədənin zərərli maddələrdən, yəni toksinlərdən təmizlənmə prosesi.

Bəs bu toksinlər hardan yaranır?

Onlar hər yerdədirlər, (xüsusilə də biz böyük şəhərdə yaşayırıqsa) qidamızda, içdiyimiz bütün mayelər, havada, məişətdə istifadə etdiyimiz kimyəvi məhsullar (yuyucu toz, qabyuyan, duş gel, şampun və s.), dərmanlar, geydiyimiz paltarlar, mebeldə və s. Bu sıraya stressi də əlavə etmək lazımdır.

“Niyə Detoks etməliyik?” sualına isə cavablar aşağıdadır:

  • Bədəni sərbəst radikallar (zərərli madddələr), toksinlərdən təmizləyərək bizi ən ağır xəstəliklərə tutulmaqdan sığortalayır;
  • İmmun sistemi möhkəmlədir
  • Xroniki xəstəliklərdən azad edir
  • Həzm sisteminin işini yaxşılaşdırır
  • Artıq kilolardan azad edir
  • Psixoloji gərginlik və stresdən azad edir
  • Solğun və bozarmış dərini təravətləndirir
  • Zərərli vərdişlərdən uzaqlaşdırır
  • Dərini cavanlaşdırır və təravətli edir
  • Allergiya, dəridə qızartılar və səpgilərdən azad edir
  • Yuxusuzluğu aradan qaldırır
  • Xroniki yorğunluqdan azad edir

Təəssüf ki, detoksun bütün faydalarını bir neçə bəndə yerləşdirmək mümkün deyil :)

 

 Bəs detoksu necə həyata keçirək?

Hazırda dünyanın bir çox klinikaları və sağlamlıq mərkəzlərində həkim nəzarəti altında detoks terapiya keçirilir. Lakin hamımızın buna imkanı yoxdur və detoksu  dünyanın o başına getmədən də ev şəraitində  edə bilərsiniz. Necə? Bu haqda aşağıdakı yazılardan tanış ola biləcəksiniz.

Unutmayın, DETOKS bizə daha keyfiyyətli, enerjili həyat yaşamağımıza imkan verir :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top