Saçı uzun suray XANIM :)

Saçı uzun suray XANIM :)

Saçlarının uzanmasını və sağlam olmasını istəyən xanımlar üçün üç effektiv maska. Bunları vaxtaşırı etməklə, siz parlaq və uzun saçlara sahib olacaqsınız.

Maska 1:  bir xörək qaşığı limon suyu, iki dilim sarımsağın sıxılmış suyu, iki xörək qaşığı mavi kosmetik gil (apteklərdə satılır), bir az su.

Maskanı saçın dibinə sürtün, yarım saat saxlayıb  şampunla yuyun.

Maska 2:  1 xörək qaşığı qırmızı bibər məhlulunu (apteklərdə satılır), 1 xörək qaşığı gənəgərçək yağı, bir xörək qaşığı istənilən saç balzamı ilə qarışdırın. Əlinizə əlcək taxın və maskanı saç diblərinə ovuşdurmadan sürtün.  Sonra rezin papaq taxıb, üzərindən dəsmalla örtün, 30-40 dəqiqə saxladıqdan sonra isə yuyun.

Tez effekt almaq üçün maska həftədə 3 dəfə edilməlidir.

Maska 3:  4 xörək qaşığı təbii duru balı 1 xörək qaşığı qırmızı bibər məhlulu ilə qarışdırıb təmiz saç dibinə sürtün. 30-40 dəqiqədən sonra yuyun.

Qeyd: Saç uzatmaq məqsədilə edilən istənilən maskaya rozmarin yağı, vitamin A və E yağı da qata bilərsiniz, bu da saçların tez uzanmasına kömək edəcək.

Bilmək lazımdır:

1. Maskaları  heç vaxt çirkli saça qoymaq olmaz, əksər xanımların etdiyi kimi. Yalnız təmiz saç dibi maskalardan özünə lazım olan bütün faydalı maddələri mənimsəyir.

2. Saçınıza istifadə edəyəcəyiniz bütün yağları su hamamında isidin və ilıq şəklə gətirin, daha sonra istifadə edin.

3. Qırmızı bibər məhlulu ilə olan maskaların istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır ki, məhlul gözə tökülməsin və yuduqda başınızı arxaya eləyib yuyun ki, bibər gözünüzü yandırmasın.

4. Qırmızı bibər saç uzatmaq istəyən hər kəs üçün ideal seçimdir. O, saç dibini qıcıqlandıraraq həm yeni tüklərin bitməsinə, həm də qan dövranını gücləndirdiyi üçün onların sürətlə uzanmasına səbəb olur. Bibərlə olan maskalar hətta keçəl başa belə tük bitirir, ona görə bunu artıq keçəlləşmə başlayanda belə istifadə etmək olar.

5. Əgər qırmızı bibərlə olan maskalar dözülməz yandırırsa, mütləq yuyun, vaxtı gözləməyin. Dərisi həssas, allergiyaya meylli insanlar ehtiyatlı olmalıdırlar.

6. Qırmızı bibərlə olan maskalar yandırıcı effekt verir, əgər yanmırsa deməli, ya məhlulun vaxtı keçib, ya da keyfiyyətsizdir. Yandırmanın artması üçün 1:1 nisbətində su ilə qarışdırın. Əgər saç dibi qurudursa su ilə deyil, yağ ilə qarışdırmaq məsləhətdir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top