Mavi gil-dəri səpgilərinin düşməni!

Mavi gil-dəri səpgilərinin düşməni!

Bu dəfə sizə mavi kosmetik gildən dəri səpgiləri əleyhinə çox effektiv maskalar təqdim edirik. Mavi gil üz və bədəndə olan qırmızı səpgilər, civzələr, o cümlədən uqri adlanan dəri problemləri əleyhinə çox gözəl təsir göstərir, həm onları sağaldır, həm də yenidən çıxmağının qarşısını alır. Mavi gil bütün tip dəriləri üçün istifadə oluna bilər (xüsusilə də yağlı dərilər üçün mavi gil dərmandır).

Maska 1.

Mavi gili ilıq su ilə xamayabənzər vəziyyətə gələnə qədər qarışdırın. Üzə və boyuna çəkin, tam quruyana qədər gözləyin. Əgər dəriniz qurudursa, istifadədən sonra krem mütləqdir. Müsbət nəticə almaq üçün həftədə 3 dəfə  edilməlidir.

 Maska 2.

Bu maska üçün mavi gil və çobanyastığının çiçəkləri lazım olacaq. Bitkidən  bir  xörək qaşığı götürülərək bir stəkan suda dəmlənir. İlıq olana qədər soyudulur, süzülür və sonra gillə qarışdırılır, maska dərinin hər yerinə bərabər sürtülə bilsin deyə qatı olmalıdır. 15-20 dəqiqə saxlanılır, sonra ilıq su ilə yuyulur. Civzələrdən əziyyət çəkirsinizsə, bir ay ərzində günaşırı olaraq bu maskanı edin.

Diqqət! Maskanı üzə çəkdikdən sonra uzanıb qurumasını gözləmək məsləhətdir, danışmaq, üzdə hər hansı hərəkət etmək məsləhət görülmür.

Qeyd: mavi gil apteklərdə və kosmetik dükanlarda satılır, qiyməti isə hər kəs üçün münasibdir (0,70-1 AZN), odur ki, tənbəllik etməyin, dərinizin sizin diqqətinizə ehtiyacı var :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top