Təravətləndirici maska

Təravətləndirici maska

Tərkibi:

  • 1 xörək qaşığı bal
  • 1 yumurta sarısı

Hazırlanma qaydası: balla yumurta sarısı qarışdırılır (maskanı qoymamışdan əvvəl su hamamında bir qədər isitmək lazımdır). Maskanı üzə çəkdikdən 15-20 dəqiqə sonra ilıq su ilə yuyun və soyuq su ilə yaxalayın.

Dəriyə təsiri: maska məsamələri daraldır, səpgiləri qurudur və kiçildir, dəri əvvəlki qədər yağlanmır və çox təravətli görünüş alır.

Qeyd: Bu maskanı isti hamam şəraitində etsəniz effekti çox daha yaxşı olar. Belə ki, hamam şəraitində dəri təmizləndikdən sonra məsamələr açıq olur və dəriyə sürtülən istənilən maska yaxşı effekt verir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top