Meditasiya ilə stresdən azad olun!

Meditasiya ilə stresdən azad olun!

Daim stress altında olan müasir insana gündəlik qayğılar, problemlər onun özü və ətrafı ilə harmoniyada yaşamağa imkan vermir. Stresdən qurtulmaq üçün müxtəlif dərmanlar, sakitləşdirici çaylara əl atırıq. Lakin bunlar bizim hadisələrə olan münasibətimizi dəyişmir. Deməli, stress faktoru da olduğu kimi qalır.

Bəs bu halda nə edək? Çarə varmı? Əlbəttə ki, var. Çarə MEDİTASİYADIR.

Elmi araşdırmalar meditasiyanın insan üçün aşağıdakı faydalarını üzə çıxarıb.

Fizioloji təsiri:
– Arterial təzyiqi və ürək döyüntüsünü normada saxlayır;
– Tənəffüs sisteminin fəaliyyətini normallaşdırır;
– Stress hormonlarının sintezini aşağı salır;
– İmmuniteti qaldırır;
– Xroniki ağrıları aradan qaldırır;
– Beyin dalğalarının aktivliyini normallaşdırır;
– Gümrahlıq və enerji verir;
– Hüceyrə səviyyəsində qocalmanın sürətini aşağı salır;
– Müxtəlif tip asılılıqları, o cümlədən yemək, narkotik və alkoqol asılılığını aradan qaldırmağa kömək edir;
– Fiziki, əqli gərginlik və yorğunluğu aradan qaldırır.

Psixoloji təsiri:
– Narahatlıq, gərginlik, stress və depressiyanı aradan qaldırır;
– Müxtəlif qorxular, o cümlədən ölüm qorxusunu zəiflədir və aradan qaldırır;
– Həyatdan həzz alma hissi və əhval-ruhiyyəni yüksəldir;
– Özünə inam hissini bərpa edir və yüksəldir;
– Diqqət yayğınlığı problemini aradan qaldırır və diqqət cəmləmək bacarağını yüksəldir;
– Emosiyaları və özünü idarəetmə bacarığını inkişaf elətdirir;
– İntellekt və analiz qabiliyyətini yüksəldir;
– İnsanı nifrət, qəzəb, qısqanclıq kimi neqativ və zərərli hisslərdən azad edir;
– İradəni gücləndirir;
– İnsanda xeyirxahlıq hissini yaradır.

Bəs necə meditasiya edək? 

Arzu Nəcəfova

2 thoughts on “Meditasiya ilə stresdən azad olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top